Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 18-dən 19-a keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.
*** 12:19
Martın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaq.
Yazarın digər yazarlar

""Dəmir yumruq"la başlarını əzdik, indi bayramları burada qeyd edirik" - Prezident

Leyla Əliyeva Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub - FOTOLAR

Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...

"Neft Daşları"nda kran dənizə düşdü: ölən var

"Çarpayıda sümükləri qalmışdı, o mənim nənəm idi" - Prezidentlə dialoq

"Bizim kənddən bir adam fikirləşə bilmirdi ki, kimsə müxalifətçi olub" - Prezidentlə maraqlı dialoq

İlham Əliyev: İkinci dünya savaşından sonra Azərbaycan qədər...
