Tərbiyəli it -  İradə TUNCAY yazır

İRADƏ TUNCAY
5586 | 2022-12-26 11:09

Bayaq kinoya baxırdım, rus kinosu.

Qiz küçədə gəzdirənəe it qaçib və tapa bilmir... Ağlayır qız... Başıma gəlib bilirəm, ağır şeydi... Pudelim küçük vaxtlarında gəzdirirdim bunu, məhəllədə bir rus oglan da vardı, o da doqun gəzdirirdi. Həmkar kimi bir -birimizi görəndə hal- əhval tuturduq, söhbətləşirdik. 9-cu mikrorayonda yaşayırdıq o vaxt. Nəsə bu oglan itin açıb buraxırdı, it də gəzib qayıdırdı.... Tərbiyəli it idi, ağıllı...

Mən də buna baxıb fikirləşdim ki, bəlkə men də Cessini buraım, gəzib qayıdar da... Yuranın iti dedim də yekə doq idi. Mənimki pudel... Elə ki, Cessini açdım məhəllənin avara uşaqları fışqırıqnan bunu çağirib apardılar...

Vəziyyətimi təsəvvür edin... Cavan vaxtlarım idi... Bütün 9-cu mikrorayonu qaçdım itin dalınca...

Bir dalanda tutdum... Nəfəsim kəsilmişdi, həm də ağlamağım gəlirdi... Ağlim kəsməmişdiki, yekə doqdan qorxan mənim küçüyümdən qorxmaz axi... Həm də rusun tərbiyəsi ilə, bizimki bir deyil...

O vaxtdan ta itin oşeynikin açmırdım. Bağlı gəzdirirdim...

Kinoya baxa- baxa bu yadıma düşdü. Həm də fikirəşdim yedirdib, içirdib, yuyub, təmizlədiyimiz adamlar da qaıir eeey hərdən... Axtarıb, tapırıq, geri qaytarırıq... Bu da ağır şeydi... Bilirsiz yəqin...

TƏQVİM / ARXİV