adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

TORPAQLARI NECƏ SATDIM?! - Emin Piri yazır

Emin Piri
232 | 2021-12-29 11:28

İki günlük Abşeronda “N” saylı hərbi hissədəyik. Təlimə görə çiyinlərimdə rütbə yoxdur. Plasda telefonla danışıram...

 

Müharibədən bir neçə gün öncə Maştağadakı iki sotluq topağımı satmışdım. Guya ev tikəcəkdim. Borc səbəbindən( yığılıb qalan faizlərə görə) hər gün bezdirən bank zənglərinə görə satdım ki, borcu bağlayım. Zənglərdən canım qurtarsın...

 

Müharibədə bu məsələm yaxın dostların, zabitlətlərin  zarafatına çevrilmişdi.

 

-Satmağa tələsdin, şəhid olsan borcunu onsuz da bağlayacaqdılar. Boş yerə evi ziyana saldın, heç olmasa ailənə bir xeyrin dəyərdi...

 

Düzü, bunu düşünmürdüm desəm, yalan olar. Gərək səbrli olardım, gözləyərdim. Ya sağ qayıtmasam?Heç olmasa bunda evə xeyrim dəyərdi. Boş yerə faizlərlə hansısa bankirin cibini doldurdum.

 

Hə, telefonla danışırdım, torpağın sənəd məsələsini həll edirdim. Əsgərlərə(çünki rütbə taxmamışdım) telefon qadağan olduğundan, xüsusən plasda özü də yanından bir polkovnik keçər telefonla danışmağı ən azından həzm etməzlər. Üstəgəl,öz hayında hay-küylə danışırsan və hərbi salam vermiyəsən. Heç zaman belə hörmətsizlik, qaydalara qarşı çıxmıram, sadəcə fikrim öz məsələmə yönəldiyindən onun diqqətlə məni izləməyinin fərqində deyiləm. Səhər tezdən, ya da gecə yarısı cəbhə bölgəsinə yola düşəcəkdik, silahları paylayırdıq. Beş dəqiqəlik telefonla danışmaqçün anbardan ayrılmışdım.

 

Telefona”odboy” verdikdən sonra:

 

-Cənab polkovnik,torpağı satmışam, sənədləri həll edirdim.

 

Səmimi olaraq etdiyim işin vacibliyini çatdırmaq istəmişdim. Təəcüblə baxaraq:

 

-Sən ...san?

 

Qəribə gəldi sözü. Təhqir kimi bildim.

 

Bir anlıq dediyim sözün mahiyyətinə vardım və əsl mətləbi izah etdim. Çünki ən azından məzə tuta biləcəyimi düşünərdi. Bu heç də yaxşı bitməzdi.

  • Iyul:
  • 2

TƏQVİM / ARXİV