adalet.az header logo
  • Bakı 25°C
  • USD 1.7

Üzümüzü qızardan amerikan pomidor! - Eminquey yazır

EMİNQUEY AKİF
256 | 2022-06-17 11:52

Maliyyə böhranının simvolu Amerika dollarıdır, bahalılığın simvolu isə pomidorun qiyməti.

Bazardakı, marketdəki qiymət artımları adətən pomidorun qiymətilə ölçülür.

Çünki bu üzü içindən qırmızı tərəvəz süfrələrimizin olmazsa-olmazıdır.

Özü də, sosu da, tomatı da.

Bəs bu qırmızı sifət bizim mətbəxə hardan və nə vaxt gəlib çıxıb?

Kartof, lobya, qarğıdalı, yaşıl-qırmızı bibər, balqabaq kimi tərəvəzlərlə yanaşı pomidorun da ana yurdu Amerikadır. Boliviya, Peruda tapılıb, Meksikada istehsalına başlanılıb.

Amerikanın kəşfindən 200 il sonra XVII yüzilliyin sonunda Osmanlı torpaqlarına gəlib və saray mətbəxinin ulduzuna çevrilib.

Bugün bizdəki kimi İtalyan mətbəxində də pomidordan çox istifadə olunur. Amma pomidor onlara XVIII yüzilliyin ortasında təşrif buyurub. İngilislərə isə XX yüzillikdə.

Asiyaya, xüsusilə İran və Hind mətbəxində o qədər də ehtiyac duyulmur.

Bizim dilə italyancadan və əsasən də keçmiş Sovet ölkələrindən keçib, italyanlar “pomodoro”, əksər Sovet ölkələri “pomidor” deyirlər.

Bəs yaxşı, qırmızı pomidor nə vaxtdan qiymət artımının simvoluna çevrildi?

İnsanların

İnsanların istehlak ənənələri illər keçdikcə dəyişir.

Məsələn, ağır iqtisadi böhran yaşayan Argentinada xalqın supermarketlərə axışıb sadəcə qəhvə aldıqları xəbərini oxuyanda adamda sual yaranır: niyə sadəcə qəhvə?

Araşdıranda məlum olur ki, Argentina Cənubi Amerikanın Avropaya ən çox bənzəyən ölkəsidir. Bu ölkəyə “Paris” də deyirlər, fransız mədəniyyətindən təsirləndiyi sirr deyil.

Həmçinin Argentinada çox sayda italyan mühacir var idi. Zamanla italyanların milli içkisi ekspresso qəhvə argentinalıların sevimlisinə çevrildi.

Espressonun dünyada ən çox istehlak edilən qəhvə olmasında Skandinaviya ölkələri kimi Argentinalıların da payı var.

Ölkədə güclü kafe mədəniyyəti var. Argentinalılar sərt-acı quruluşu və torpaq dadı ilə seçilən Robusta espresso qəhvəsini gündə ən az bir dəfə içirlər.

Ölkədə onsuz da espressodan başqa qəhvə tapmaq şansınız çox deyil.

Argentinalıların bazarlara, marketlərə belə hücum etməsini indi cbaşa düşmək olar. Çünki onlar şəxsi kimliklərini qəhvə ilə müəyyən ediblər…

Xülasə, Amerika dolları ilə bizi bir cür bel-belə girdiribsə, pomidoru ilə də bir ayrı cür parçalayıb.

Yaşasın pomidor!

Rəzil olsun artan pomidor qiymətləri!

 

 

TƏQVİM / ARXİV