ABŞ prezidenti Donald Tramp Əl-Riyadda keçirilən Rusiya-ABŞ nümayəndələrinin görüşünü şəhr edərkən bəyan edib ki, "Rusiya Ukraynanı 100 faiz işğal etmək istəmir, Putin istəsəydi çoxdan az bir zamanda bunu edərdi".
Əslində Putin bunu çox istəyirdi və hücuma başlayanda bir həftəyə Kiyevdə hərbi parad keçirəcəyinə də inanırdı. Lakin, rusların özlərinin sözü olmasın "meçtat ne vredno". Arzular, istəklər həmişə kerçəkliyə çevrilmir. Putinin bir həftəlik arzusu heç bir aya, bir ilə də həyata keçmədi. Müharibə artıq 3 ildir davam edir, on minlərlə insan tələf olub, minlərlə hərbi texnika sıradan çıxarılıb, yüzlərlə yaşayış məntəqələri, infrastruktur məhv edilib tam yararsız hala gətirilib. Müharibənin isə sonu görünmür.
Trampın seçki öncəsi "mən prezident seçilsəm, 24 saat ərzində müharibəni dayandıraram" kimi özündənrazı bəyanatları, onun Ağ Evə qayıdışından sonra, yavaş-yavaş "bir neçə həftəyə", daha sonra isə "altı aya qədər" uzadıldı.
ABŞ prezidentinin Ukrayna məsələləri üzrə xüsusi elçiləri ümumi vvəziyyəti analiz etdikdən sonra, əvvəlcə Trampın sımasında Rusiyanı təhdid etməyə başladılar, Rusiya prezidenti Putinin heç təhdid altında geri çəkilməyəcəyini gördükdən sonra, siyasətlərini 180 dərəcə dəyişərək, müharibənin başlamasında Zelenskinigünahkar hesab edərək, demək olar ki, Putinin tərəfini tutmağa başladılar.
Düşünmək olar ki, Donald Tramp Zelenskiyə, ingilislərin onu prezident kürsüsünə gətirməsi və daha sonra qoca Baydenə ötürməsinin bir "şou səhnəsi" olduğunu bildirmək istəyir. Yəni, Ukraynanın ABŞ üçün heç bir əhəmiyyət daşımadığını onun nəzərinə çatdırmaq istəyir.
ABŞ prezidenti hələ seçkilərdən əvvəl də bildirirdi ki, Ukraynanın 3-4 il əvvəl münaqişəni müharibəsiz və ərazilərini itirmədən həll etmək imkanları var idi. Məhz bu imkanlardan istifadə etmədiyi üçün Tramp Ukraynadan üz döndərir: "Onların hələ o vaxt danışıqlar masasına oturmaları üçün imkanları var idi. Bu məsələni onda həll etmək olardı.Razılaşma əldə oluna və bütün əraziləri dağılmamış, insanları tələf olmamış özlərində saxlaya bilərdilər".
Ümumiyyətlə Tramp dünyada baş vetən hadisələrə siyasətçi kimi deyil, daha çox biznesmen gözü ilə baxır. O, hələ də snlamır ki, Birləşmiş Ştatlar nəyə görə bu illər ərzində Ukraynaya 350 milyard dollar məbləğində yardım edib. ABŞ-ın bundan qazancı nə olub? "Biz yüz milyardlarla dollar vermişik, lakin pulların hara xərclənməsində şəffaflıq olduğunu görməmişik.Bu pullar hara gedib?"- deyə Tramp sual verir.
ABŞ prezidenti daha irəli gedərək, Ukrayna prezidenti Volodimir Zelenskini təhqir etməkdən belə çəkinmir, onu diktator adlandırır.
Görünən odur ki, ABŞ prezidentinin əsl dərdi nəyin bahasına olursa-olsun Bayden administrasiyasının havaya sovurduğu 350 milyard dollardır.Tramp yaxşı bilir ki, Zeleneski nə o pulu geri qaytaracaq nə də hər hansı bir nadir metallar yataqlarını Vaşinqtona verməklə konpensasiya edəcək. Ona görə də, tezliklə Zelenskinin hakimiyyətdən getməsini istəyir...