Yeni  kitab və  yaxud  dost  sevinci... - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1733 | 2023-04-10 13:26

Yaxın  günlərin söhbətidir, Qələm və könül  dostum Qafar Cəfərli  ilə telefon danışığımız  zamanı  bildirmişdi  ki, o, bu  yaxın  zamanda  Bakıya  gələcək..

Yeri  gəlmişkən xatırladım ki, Qafar   ölkəmizin cənub  bölgəsində, bir  az da dəqiq  desəm gözəl Lənkəran  şəhərində yaşayır...yazıb  yaradır. Qafar  Cəfərli  həm də  AYB- nin  bu  bölgədə rəsmi  nümayəndəsidir. Yəni o, AYB-nin Cənub bölməsinin sədridi. Və  qələm adamları  bu  bölgəyə  üz  tutanda  daha  çox  onu arayıb, axtarırlar..

Vurğulamaq  yerinə  düşər  ki, onun rəhbərliyi  altında  son  illərdə  bu  bölgədə  yaradıcı  mühit  xeyli  canlanıb. Bu  da  həm  keçirilən  ədəbi- içtimai  tədbirlərin  məzmun  və  kefiyyətində, həm də yaradıcı  adamların  bir-biri  ilə artan  sıx  təmasında  özünü  büruzə  verir. Deməli , son  nəticədə  də   həm  ədəbi  həyat  , həm də  onun bəhrələri ədəbiyatımıza  da, oxucu  zövqümüzə də  göstərilən xidmət   ürəkaçan olur..

Bəli, dostum həmişəki  kimi sözünə sadiq  qalaraq  dediyi  zaman  kəsiyində  Bakıya  gəldi...Özü  də  əliboş  yox, əlidolu   gəldi... Qafar  mənə  dadlı  Lənkəran  limonu  ilə  yanaşı, ondan  qat-qat  dəyərli, nəfs  bir  kitab da  gətirdi. Bu  onun rus  dilində  çap  oluynmuş heykayə  və  novellalardan  ibarət   "Volşebnaya noç" kitabı  idı..Müəllifin yeni .kitabı dəyərli naşirimiz  Akif   Denzizadənin  rəhbərlik etdiyi "Apostrof-A" nəşriyatında işıq  üzü  görüb. Hekayə  və novellaları rus dilinə Rüstəm Mirzəyev  çevirib.

Qafar Cəfərli  yaradıcılığına  bələd  oxucu  kimi deyə  bilərəm ki, kitab  bütün  mənalarda  uğurlu  alınıb. Düşünürəm ki, bu   da müəllifin rusdilli  oxucularla  həmsöhbət  olmasında  öz  sözünü  deyəcək.Mən isə dostumu bu  uğura  görə təbrik edir və hər  iki  hədiyyəyə  görə  təşəkkürümü  bildirirəm.  Dost  sevinci - dostun da  sevincidir!  Uğurların tükənməz olsun, dostum!

  • Iyun:
  • 7

TƏQVİM / ARXİV