Yollarda görünüş məsafəsi məhdudlaşacaq

1034 | 2025-04-09 19:23

Sabah duman və yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, aprelin 10-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

TƏQVİM / ARXİV