
Kanadanın baş naziri Castin Tryudo Birləşmiş Ştatların yeni rüsumlar tədbiq etməsini, Kanadaya qarşı ticarət müharibəsinə başlaması kimi qiymətləndirib.
"ABŞ yaxın tərəfdaşı Kanadaya qarşı ticarət müharibəsinə başladı"- deyə baş nazir, jurnalistlərlə Ottavada keçirilən mətbuat konfransında bildirib.
"Rüsumların tədbiq edilməsinə qətiyyən ehtiyac yox idi. Buna heç cürə haqq qazandırmaq olmaz"- deyə bildirən Tryudonun sözlərinə görə, ABŞ "amerikalıların iş yerlərini təhlükə altlnda qoymağa" qərar verib.
Donsad Tramp, həmçinin Avropanı da yeni tariflərin tədiq edilməsi və onların müdafiəsindən imtina edəcəyi ilə hədələyib.
Birləşmiş Ştatlar mart ayının 4-dən başlayaraq Çin, Meksika və Kanadaya qarşı rüsumları birdən-birə qaldırılması ilə bağlı qərar qəbul edib.
Maraqlıdır ki, Tramp əzəli rəqibi Çinə qarşı tarifləri 20 faiz, ABŞ iqtisadiyyatına hsnsısa böyük təsir gücü olmayan olmayan yaxın qonşuları Meksika və Kanadaya qarşı rüsumları 25 faiz artırıb.
Əslində Tramp qonşu dövlətlərə qarşı rüsumların artırılması ilə bağlı fərmanı fevral ayının əvvəllərində imzalamışdı. Lakin bu dövlətlərin xahişi nəzərə allnaraq, fərmanın icrası bir ay müddətinə təxirə salınmışdı.
Tramp növbəti mərhələdə Avropa İttifaqı dövlətlərini də tariflərin qaldıracağı ilə hədələyib.
ABŞ prezidenti, Rusiya Federasiyasının prezidenti Vladimir Putindən fərqli olaraq, nəzarəti altına almaq istədiyi ölkələri müharibə yolu ilə deyil, onlara qarşı "ticarət müharibəsi" açmaqla "işğal" etmək istəyir.
ABŞ prezidenti, ölkəsinin ticarət siyasətini yenidən qurmaq məqsədiylə, tariflərin artırılmasından iqtisadi alət kimi istifadə etməyə çalışır.
Çinin bununla bağlı cavab tədbirləri gördüyü barədə daha əvvəl yazmışdıq. İndi isə, Kanadanın xarici işlər naziri Melani Joli bəyan edib ki, ölkəsi tez bir zananda Trampın iqtisadi siyasətinə zərbə vurmaq üçün cavab paketləri qəbul etməyə hazırdır.
"Əgər martın 4-dən başlayaraq rüsumlsrın tədbiq edilməsinə başlanarsa, biz ABŞ-a güclü, praporsianal cavab verməyə hazırlq"- deyə Castin Tryudo London sammitindəki çıxışında bəyan edib.
Meksikanın prezidenti Klaudiya Şeynbaum də bəyan edib ki, onun administrasiyasının ABŞ-ın tədbiq etdiyi yeni tariflərə qarşı cavab planları var.
Artıq "cin butulkadan çıxıb". Meksika və Kanadanın, ABŞ-ın "tarif müharunəsiə" necə cavab verəcəkləri maraqlı olacaq.