Zelenski Trampa üzrxahlıq məktubu yazıb?

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova deyib ki, ABŞ lideri Donald Tramp dünən Konqresdəki çıxışı zamanı prezident Vladimir Zelenskinin X mesajına istinad edib.
Adalet.az xəbər verir ki, bu bsrədə səfir O.Markarova Facebook-da yazıb.
"Çox çətin vəziyyətdə biz hələ də irəliləyir, əlaqələri inkişaf etdirir və prioritetlərimizi təqdim edirik. Prezident Donald Trampın xalqa müraciətində prezidentimizin mesajını oxuyub və "ona bu məktubu yazdığına görə təşəkkür edirəm" deyib", - deyə Markarova bildirib.
Xatırladaq ki, Prezident Donald Tramp ABŞ Konqresi qarşısında çıxış edib. Çıxışı zamanı Tramp bildirib ki, ABŞ Rusiyadan guya sülhə hazır olduğuna dair “güclü siqnal” alıb, həmçinin Zelenskinin mümkün qədər tez danışıqlar masasına oturmağa hazır olması barədə “məktubunu” açıqlayıb.
ABŞ mediası iddia edib ki, məktub Ağ Evdə Trampla Zelenski arasında mübahisədən sonra göndərilib.
Bu arada Kreml Vladimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olmağını müsbət qiymətləndirib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
Digər Xəbərlər

Putin: Makron kimilərinin arzusu reallaşmayacaq

Fidan: Avropanın təhlükəsizliyi yalnız Türkiyənin iştirakı ilə təmin oluna bilər

Sabah İƏT XİN başçılarının iclası keçiriləcək
