Polisə atəş açan...  - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2271 | 2024-06-26 15:55

Bir neçə gün bundan əvvəl Xəzər rayonunun Şüvəlan qəsəbəsində evlərin birində gızləmiş, axtarışda olan və dəfələrlə məhkumluq həyatı yaşamıs cinayətkar üç polis əməkdaşını  amansızcasına qətlə yetirib.

Anasının arxasında gızlənib  polis atəş açan yaramazdan bundan artıq nə gözləmək  olar! Bax cinayətkarın vətəni və milləti olmur! Ürək ağrıdıcı fakt odur ki, polislərə atəş açan sapı özümüzdən olan baltalardır. O, polisə atəş açmayıb ey! Vətənə, Azərbaycana  atəş açıb! Anasının arxasında gızlənib bu oğraş hərəkəti edib. Təbii ki, cinayətkar digər polis əməkdaşları tərəfindən  hadisə yerində zərərsizləşdirilib. Amma bizi bir məsələ düşündürür:

O  adamın( əgər adam demək mümkünsə)  əli üç polis  zabitinə neçə qalxıb!  Bu məsələ bizim hamımızı dərindən düşündürməlidir!     Azərbaycan Polisi Birinci və Qarabağ müharibəsində  yüzlərlə şəhid verib və bir  o qədər də əməkdaş yaralanıb, qazi olub, qalib olub! Dünyanın ən humanist və  peşəkar polisi  Azərbaycan  polisidir! Onlar tək Vətən uğrunda vuruşmayıblar, həm də belə yaramaz cinayət karları zərərsizləşdirərkən  həlak olublar. Ümumiyyətlə, cinayətkarlarla mübarizədə həlak olan polislərimizi mən  şəhid kimi tanıyıram.

Belə ki, Vətəni polislərimiz  düşmənlə yanaşı, həm də   cinayətkarlardan  qoruyur!  Bax , o üç polis əməkdaşı  da   Vətəni  cinayətkardan qoruyarkən  qəhəmancasına şəhid olublar! Yerləri Cənnət olsun!!!

TƏQVİM / ARXİV