İkinci nəfəs... - Faiq Qismətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
2343 | 2024-07-02 11:01

İnsan xəstələnəndə  göydə Allaha və yerdə həkimlərə ümid  edir. Heç şübhəsiz , hər bir pasiyent bu hissləri və duyğuları yaşayır.

O xəstə ki, həkimə inanır və ona ümid bəsləyir, onlar gec- tez şəfa tapırlar! Var o günə ki, həkimə inanmayasan və ümid bəsləməyəsən.    

Bu yaxınlarda   dogmalarımdan birinin səhhətində əsəblə bağlı problem  yaranmışdı. Ona görə də həkimlər onun müalicəsini 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında müalicə olunmağı məsləhət bilmişdilər.Xəstəmizi həmin müalicə ocağına apardıq və  oradakı həkimlərlə görüşdük. Məlum oldu ki, bizim xəstəni  həkim-psixatır Sura Müzəffər qızı Fərmanova müalicə edəcək. O, xəstəmizi müayinə etdi və sonra da müalicəyə başladı.Bir ay müddətində xəstəmizdə böyük dəyişiklik yarandı və onun səhhəti daha da yaxşılaşdı.

Sura Fərmanova  Azərbaycan Tibb Universitetini bitirib və 2013-cü ildən bu klinikada çalışır. Çox, savadlı, sadə və səmimi bir insandır. Onunla bir dəfə söhbət edən kimi ürəyinin və qəlbinin böyüklüyünü hiss edirsən. Və onu da  hiss edirsən ki, Sura xanım çox gözəl insan olmaqla yanaşı, gözəl bir aura sahibidir. O , müsbət və işıqlı enerjini onunla görüşən hər bir adam hiss edir. Bax, əsil həkim belə olmalıdir; sevgisini, ürəyinin işığını onun yanına gələn pasiyentdən əsirgəməməlidir! Heç əsirgəmir də!  Bu klinikada onun kimi həkimlər barmaqla sayılir və onlardan biri də həkim-psixatır Leyla Bəşirovadır! O da çox  gözəl insandır və vaxtı ilə bizim xəstənin üstündə zəhməti olub. Onun yaxşılığını heç  vaxt yaddan çıxarmarıq!

Ona görə də xəstəxananın baş həkimi İlqar Əfəndiyevə, Sura Fərmanovaya, Leyla Bəşirovaya və bütün həkim personalına təşəkkürümüzü bildiririk.

Və deyirik: həkimlər yer üzünün mələkləridir, Allah insanlar ikinci nəfəs verən belə  mələk çöhrəli, nur sifətli həkimlərimizi  qorusun!!!

TƏQVİM / ARXİV