SON DƏQİQƏ:

QANDAN QİDALANANLAR

  58993   |  
Şriftin ölçüsü  
Hz. Əli
Sovetlər Birliyi dağıldıqdan sonra Soyuq Hərb də axıra çatmış və ABŞ-ın birbaşına dünya ağalığı mərasimsiz filansız elan olunmuşdu.
Rusiya Federasiyasının rəhbərliyinə Putin seçiləndən sonra ölkə ildən-ilə böyüməyə və irəliləməyə, bu da təkrarən qərb dünyasını narahat etməyə başladı. Onların bu narahatçılığı hələ də davam edir.
Başda ABŞ olmaqla qərb dünyasının vampirləri hidrokarbon və qaz ehtiyatları ilə yanaşı dünyanın ən strateji bölgəsi olan ərəb dünyasını ələ keçirib.
Ərəb dünyasında ABŞ-İngiltərə əlbirliyi tərəfindən hakimiyyətə gətirilən liderlər on illər əvvəl Misirdən başlayaraq aradan götürülməyə başlandılar. Çünki Amerika və İngiltərənin əli ilə hakimiyyətə gətirilən liderlərin missiyası başa çatır, digərlərininki başlayırdı.
Nəhayətində İraq işğal olundu, ən son olaraq Səddam və Qəddafi aradan götürüldükdən sonra başda İraq və Suriya olmaqla ərəb dünyasında xaos yarandı. Səudiyyə Ərəbistanı kimi ölkələr ABŞ-ın noxtalı tərəfdaşına döndülər. Yəni iki yüz milyonluq ərəb dünyası artıq nə ərəbə oxşayır, nə də müsəlmana. Tanrının o dünyada tək-tənha olan müsəlmanlara yazığı gəlsin.
Birinci və İkinci Dünya müharibələrini yada saldığımızda o hərbləri kimlərin çıxardığı və indiki çağda yenə dünyanı qan gölünə kimlərin döndərmək istədikləri gün kimi aşkar şəkildə göz qabağına gəlir.
Birinci Dünya müharibəsinin yaranmasının əsl səbəblərinin başında Osmanlı İmperiyasının dağıdılması və torpaqlarının bölüşülməsi dayanırdı.
Osmanlı dövləti Karlofça sazişi ilə geriləməyə, qərb və Rusiyaya qarşı deyilə bilər ki, bütün müharibələrində məğlub olmağa başladıqdan sonra müəyyən islahatlara girişmiş, ancaq o islahatlar da qərbsayağı oturub-durmaq, geyinib-kecinmək, ünsiyyətdə olmaqdan o tərəfə ötə bilməmişdi.
Dövlət tənəzzülə uğramağa başladıqdan sonra Osmanlı xadimləri Rus təhlükəsinə qarşı İngiltərəyə, rus və İngiltərə təhlükəsinə qarşı Almaniyaya, qərblilərin təhlükəsinə qarşı Rusiyaya, faşist İtaliyaya qarşı da İngiltərəyə yanaşma siyasətini həyata keçirmişdi.
Ancaq yeridilən tarazlıq siyasəti Osmanlını dağılmaqdan xilas edə bilmədi, çünki problem tarazlıq siyasətində deyil, dövlətin qüdrətinin tükənməsində və müasir silah-sursatı buraxa bilməməsində, çağdaş texnolojini yarada bilməməsində idi.
Müstəmləkəçilik siyasətinə Aydınlanma Çağı ilə başlayan qərb dünyasının vəhşiləri və Rusiya Birinci Dünya müharibəsini, illər sonra da İkinci Dünya müharibəsini yaratdılar. Milyonlarla ocaq məhv oldu, ölkələr xarabazara döndü. Bu gün rəsmi olaraq elan olunmasa da üçüncü dünya müharibəsi illərdən bəridir, Əfqanıstan, Orta Şərq və Yaxın Şərqin bir hissəsində gedir. Birinci və İkinci Dünya müharibələrini yaradan vampir ölkələr yeni silahlarını özəlliklə ərəb dünyasının torpaqlarında, Əfqanıstanda sınayırlar. PKK-PYD terroru vasitəsi ilə Türkiyə də bundan öz payına düşəni indiyə kimi alıb.
Otuz ildən artıqdır Türkiyə PKK terroru ilə cəbəlləşir. Ancaq bu terror təşkilatının səflərində kimlərin döyüşdüyü və kimə qarşı vuruşduğu, onları kimin dəstəklədiyi bu gün bütün dünya tərəfindən bilinir. Dünyada gedən bütün uluslararası yığıncaqlarda terrorizmə qarşı olan qərb dünyası PKK-PYD terroru gəldikdə Türkiyə Türkcəsindəki ifadəylə desək, "Süt dökmüş kədiyə dönür". Rusiya da onlardan geri qalmır, çünki Moskvada PKK-PYD-nin bürosu fəaliyyətdədir. ABŞ PKK-PYD-ni silah-sursatla təmin edir və onlara arxa çıxdığını rəsmi şəkildə bəyan edir. Digər tərəfdən "Türkiyənin təhlükəsizliklə bağlı problemlərinə hörmətlə yanaşırıq" sözlərini də üzləri qızarmadan dilə gətirir.
Qandan qidalanan bu dövlətlərin indiki planında Türkiyə və İran vardır. Bu plan İraqın işğalı ilə başlamış və Barzanilərin rəhbərliyində bir Kürd gücünün yaradılmasıyla öz simasını açıq şəkildə göstərmişdi. İraqın və Suriyanın quzeyindəki bölgələrin PKK-PYD əli ilə kürdləşdirilməsi və bu koridorda ABŞ-ın başını çəkdiyi qərbin vampirlərinin kontrolunda bir kukla kürd dövlətinin yaradılması nəzərdə tutulmuşdur. Bu plandan əl çəkilmiş deyil. Bu koridor gerçəkləşmiş olsa bir müddət sonra İranın şimal hissəsi də ona qoşulacaqdı. Beləliklə bu kukla dövlət vasitəsi ilə həm Türkiyə, həm də İran parçalanacaq və bu dövlətlərin torpaqlarında kiçik bəyliklər yaradılacaq, istədikləri kimi bu ölkələrin yeraltı və yerüstü sərvətləri qarət edilib aparılacaq, bu ölkələrin oğulları vampirlərin qapısında qul, qızları da çağdaş cariyələri olacaqdı. Plan budur. Eyni ilə Birinci və İkinci Dünya müharibələrində olduğu kimi Rusiya da bu qənimətdən pay almaq istəyir və müxtəlif oyunlarla axmaq Bəşər Əsədi aldadıb Suriyaya yerləşibdir artıq.
Putin bir müddət qabaq buraxdıqları yeni raketlərlə dünyanın istənilən nöqtəsini vura biləcəklərini bəyan etmişdi.
Suriyadakı rolunu artıran Rusiya ABŞ-ı qorxuya salmışdı və onlar da Rusiyanı bu sahədən geri oturtmağa yönəldilər. Görəsən Putin çağdaş Hitlermi edilmək istənir?
Tramp da, Putin də bir-birilərinə kəllə gəlirlər və dünyanı lərzəyə gətirəcək addımlar götürürlər. Yəni 1914 və 1939-cu ildə yaranan dünya müharibələrindən hər-hansı dərs götürülməyib. Tanrı dünyanı bunların şərindən qorusun.
"Onlar tələ qururlar. Allah tələ quranların tələsini sındıranların ən üstünüdür. Ənfal surəsi, 30-cu ayət".


Seyfəddin Altaylı,
Ankara,

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK