SON DƏQİQƏ:

FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib

  17629   |  
Şriftin ölçüsü  

12 iyul 2020-ci il tarixdə Masallı rayonu ərazisində xidməti vəzifələrini icra edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü Famil Seyfullayevə qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Masallı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi dövründə rayon sakini Vaqif İsmayılovun karantin rejimi qaydalarına əməl etməyərək maskasız halda rayon ərazisində hərəkət etməsinə öz iradını bildirən Masallı rayonunda mövcud karantin rejminin tələblərinə nəzarət edilməsi məqsədilə xidmətdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü vəzifəsində işləyən Famil Seyfullayevə zor tətbiq etməklə müqavimət göstərib yumruqla sonuncunun üz nahiyəsinə bir neçə zərbə vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Vaqif İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-23
2020-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 22, 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK