adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Sentyabr 2020 23:00
22885
DÜNYA
A- A+

“Boko haram”ın döyüşçüləri məhv edildi

Nigeriyanın şimal-şərqində hava əməliyyatı zamanı "Boko Haram" terror təşkilatının 16 döyüşçüsü öldürülüb.
Azvision.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Enençe bildirib.

Onun sözlərinə görə, Nigeriya Silahlı Qüvvələri aviasiyanın dəstəyi ilə Mayduquri ştatının Kassa Kura bölgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib.

"Cinayətkar təşkilatın daha 11 üzvü ələ keçirilib, çox sayda silah-sursat götürülüb, terrorçuların sığınacaqları məhv edilib".

Qeyd edək ki, "Boko Haram" 2000-ci illərin əvvəllərindən Nigeriya, Kamerun, Çad və Nigerdə ​​fəaliyyət göstərir. 2009-cu ildən bəri 20 mindən çox insan bu cinayətkar təşkilatın qurbanı olub.