adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Noyabr 2020 12:36
107850
MARAQLI
A- A+

42-nin sirri! 

Sentyabrın 26-dan 27-nə keçən gecə başlamışdı müharibə. Müharibənin 42-ci günü Şuşa azad olundu!

42 rəqəmi sirrli hesab olunur.

İşığın suda 42 °-lik yansıması ilə göyqurşağı əmələ gəlir.

Kompüter dünyasında ikili kod sisteminin, yəni 101010-un qarşılığı 42 rəqəmidir. 1 var deməkdir, 0 isə yox. Nağıl kimi. Biri varmış, biri yoxmuş.

İlk mətbəədə çap olunmuş Qutenberq İncilini "B42" və ya "42 sətirlik İncil" olaraq tanınır. Çünki hər səhifəsində 42 sətir var.

Kabalistik ənənələrdə Tanrının adının 42 hərfdən ibarət olduğu deyilir.

Buddizmdə 42 bölümdə ibarət sutra var.

Misir inancına görə, ölən insanlara 42 sual verilir.

Lao Tsu tərəfindən yazılmış Tao Te Ching qədim əlyazmasının 42-ci hissəsində kainatın təsviri yer alır.

Qədim Misir inancında 42 tanrı və tanrıça var.

Bir kağızı maksimum 42 dəfə qatlaya bilərsiniz.

"Həyatın mənası" - 7 hərf və 6 hərfi bir-birinə vuranda 42 alınır.

42-ci gün Şuşanın işğaldan azad olunması da bizim üçün həyatın mənası oldu!

 

Eminquey