SON DƏQİQƏ:

Azərbaycan Texniki Universiteti ilə “Caspian Cable” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb

  34798   |  
Şriftin ölçüsü  

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Caspian Cable” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin icraçı direktoru Elnur Bədəlov imzalayıb.

Memoranduma əsasən, AzTU-nun müxtəlif fakültələrinin, xüsusilə Energetika, elektrotexnika və avtomatika fakültəsinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb olunması, eyni zamanda birgə elmi-tədqiqat laboratoriyalarının və layihə-konstruksiya bürolarının yaradılması nəzərdə tutulur.

Seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom və elmi işlər üçün tələb olunan mövzuların birgə tərtibi, fərqləndirilən tələbələrə təqaüd və mükafatların verilməsi də memorandumda əks olunub.

Tərəflər, bu sahənin inkisafında kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi, habelə müəssisənin insan resursları sisteminin təhlili və idarə olunmasında innovativ texnologiyaların tətbiqini həyata keçirəcək.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 25 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK