SON DƏQİQƏ:

"Səbr edək, bunların kökü kəsilər" - VÜQAR ƏHMƏD YAZIR

  72434   |  
Şriftin ölçüsü  

Ölkədə nə çoxdur şərəfsiz, nadan,

Bunlarla bacarmır, Vallah, yaradan.

Nə Allah bilirlər, nə də ki, Quran,

Səbr edək, bunların kökü kəsilər.

***

Bunların tumunda, yəqin, var calaq,

Acizin zalımı, güclüyə yalaq,

Sonumuz məzarda darısqal otaq,

Səbr edək, bunların kökü kəsilər.

***

Ailəsi, tayfası hazıra nazir,

Harın məmurlardır, milləti əzir,

Övladlar Dubayda, Parisdə gəzir,

Səbr edək, bunların kökü kəsilər.

***

Sapı özümüzdən olan baltalar,

Bunlar gecə-gündüz xalqı baltalar,

Çox dərd eyləsək biz bağrı çatladar,

Səbr edək, bunların kökü kəsilər.

***

Halal çörək ömrümüzün naxşıdır,

Vahid deyərdi ki, Vətən yaxşıdır,

Ədalət olmasa, kəfən yaxşıdır,

Səbr edək bunların kökü kəsilər.

***

Əcaib doğulsa insan anadan,

Məzarda düzəldər onu Yaradan,

Millət artıq seçir ağı qaradan,

Səbr edək, bunların kökü kəsilər.

***

Zaman bir qamçıdır, biz də fırfıra,

Fırlada-fırlada aparır gora,

Az qalıb həriflər düşürlər tora,

Səbr edək, bunların kökü kəsilər.

***

Bu dünyada kim çəkirsə zəhməti,

El içində o, qazanır hörməti,

Allahdan səs gəldi mənə xəlvəti,

Səbr edək, bunların kökü kəsilər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-10
2021-04-09

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 10, 08, 06, 03, 01,
March: 30, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Aqil Abbas Vəli Xramçaylıya: 
 - Vəli,  xeyir ola,  kefin yuxarıdı? 
Vəli:
 - Hə qağa, dünən bayramııydı dana, evin yaxınlığındakı marketdən 1 litirlik araq aldım ki, evdə yüz-yüz vuraram. Marketdən çıxanda fikirləşdim ki, ayə birdən yolda yıxılaram, araq düşüb qırılar. Butulkanı açıb, çəkdim başıma, hamısını içdim. İnaneyrsanmı qardaş, yaxşı ki, ağlıma gəldi  hamışını içdim.  Evə çatana qədər düz yeddi dəfə yıxılmışam.
 

ARXİV

TƏQVİM

FACEBOOK