SON DƏQİQƏ:

Xoreoqrafiya Akademiyasına akkreditasiya şəhadətnaməsi təqdim edilib

  33477   |  
Şriftin ölçüsü  

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında akkreditasiya qiymətləndirilməsi həyata keçirilib. Proses təhsil naziri tərəfindən təsdiq edilmiş akkreditasiya qrafikinə uyğun olaraq baş tutub. 

Akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış ekspertlərdən ibarət Komissiya tərəfindən aparılıb. Qiymətləndirilmə nəticəsində hazırlanan Yekun Hesabatlar əsasında Bakı Xoreoqrafiya Akademiyası növbəti 5 il müddətinə akkreditasiya olunmasına dair Təhsil Nazirliyi Akkreditasiya Şurası tərəfindən qərar qəbul edilib. 

Müvafiq qərara əsasən, Agentlikdə sözügedən ali təhsil müəssisəsinə akkreditasiya şəhadətnaməsi təqdim edilib.

 Qeyd edək  ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” yeni redaksiyada təsdiq olunub. Həmin qaydalar tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil müəssisələrinin (o cümlədən digər ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin, filial və nümayəndəliklərinin) akkreditasiyası məsələlərini tənzimləyir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK