SON DƏQİQƏ:

Türkiyədən idxal edilən dondurulmuş hind quşu qiyməsi istehlaka yararsız çıxdı

  11738   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Adalet.az-a bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Türkiyə Respublikasında “DİREKÇİ DİS TİCARET” LTD tərəfindən istehsal olunan və "GLOBAL MEAT" MMC tərəfindən ölkəmizə idxal edilən 22.33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş hind quşu qiyməsinin zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-07
2021-03-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK