SON DƏQİQƏ:

Azərbaycan Texniki Universitetində yeni təşkilat və xidmət yaradıldı

  33068   |  
Şriftin ölçüsü  

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda Tədris hissəsinin müdiri Qəmər İsayeva qış imtahan sessiyasının nəticələri barədə məlumat verib. Tədris işləri üzrə prorektor, professor Nurəli Yusifbəyli tədrisin keyfiyyətinin artırılması ilə bağlı çıxış edib.Bildirib ki, tədris proqramları, silabuslar və təcrübə proqramlarının məzmunu təkmilləşdirilməlidir. Həmçinin fakültələr üzrə tələbə hərəkətliliyinin izlənməsi üçün baza cədvəl forması qəbul olunmalıdır.

İclasda Vətən müharibəsində şəhid olan və akademik borcları qalan tələbələr üçün fəxri diplomların verilməsi ilə bağlı qərar da qəbul olunub. Bildirilib ki, AzTU-nun 27 tələbəsi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Onların əksəriyyətinin akademik borcları qaldığından diplom ala bilməyiblər. Buna görə də universitetin Elmi Şurası tərəfindən şəhidlərimizə ölümündən sonra fəxri diplomların verilməsi ilə bağlı qərar verilib.

Qeyd olunub ki, son bir ildə AzTU müasir dövrün çağırışlarına uyğun layihələr həyata keçirir. Onlardan biri də “AzTU Taxi” xidmətinin təsis edilməsidir. “AzTU Taxi”nin təsis edilməsi tələbələr üçün iş imkanlarının artılımasına da xidmət edəcək. Xidmətin yaradılması ilə bağlı qərar müzakirələrdən sonar qəbul edilib.

İclasda “AzTU Könüllüləri” Təşkilatının təsis edilməsi ilə bağlı qərar da təsdiqlənib. Bildirilib ki, təşkilata üzv olan tələbələr universitetin struktur bölmələrində təcrübə keçəcək, bu da onların ilkin əmək vərdişlərinə yiyələnməsində böyük rol oynayacaq.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK