SON DƏQİQƏ:

Sahibə Qafarova Venesuela səfiri ilə görüşüb

  11084   |  
Şriftin ölçüsü  

Martın 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer A. Martinez Berroteran ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az -a verilən məlumata görə, parlamentin Sədri qonağı səmimi salamlayaraq ölkələrimiz arasında coğrafi məsafənin böyük olmasına baxmayaraq, dostluq münasibətlərimizin inkişaf etdiyini söyləyib. İki ölkə arasında diplomatik əlaqələrin qurulması bu əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb. Yüksək səviyyəli səfərlər, aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər tərəflərin əməkdaşlığı genişləndirmək barədə xoş niyyətindən xəbər verir. Siyasi əlaqələrin inkişafı iqtisadiyyatda: sərmayə qoyuluşunda, energetika, nəqliyyat sektorunda, elm, təhsil, ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq üçün mövcud potensialdan istifadə olunmasına şərait yaradır.

Görüşdə Sədr deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Venesuelanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi dost münasibəti kimi dəyərləndirilir. Spiker bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı ölkəmiz öz torpaqlarını erməni işğalından azad edərək, ərazi bütövlüyünü bərpa etməyə nail oldu: "İnanırıq ki, ölkəmizin bu qələbəsi bütün dostlarımız kimi Venesuela xalqını da sevindirib".

Daha sonra Sədr Sahibə Qafarova deyib ki, Azərbaycan Venesuela Bolivar Respublikası ilə parlamentlər səviyyəsində münasibətlərini dərinləşdirmək niyyətindədir. Hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşdirilməsinə öz müsbət təsirini göstərər.

Səmimi qəbul üçün təşəkkür edən Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə Sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.

Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.

Görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf istiqamətləri, COVİD-19 pandemiyasına qarşı mübarizə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-04-17
2021-04-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
April: 17, 15, 13, 10, 08, 06, 03, 01,
March: 30, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK