adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Mart 2021 15:03
45002
GÜNDƏM
A- A+

SÜLHMƏRAMLILARDAN TƏLƏB OLUNMALIDIR

Hazırda sülhməramlılar Ermənistanla Xankəndi arasındakı Laçın dəhlizini   bağışlayıblar ermənilərə. Kim istəyir gəlir, kim istəyir gedir və bu da dəqiq bir məlumatdır ki, Ermənistan ordusunun  əsgərləri sülhməramlıların müşayiəti ilə Xankəndinə yığışıb  yeni bir ordu yaradırlar.

Biz isə Şuşaya Füzulidən Mədəniyyət Mərkəzimizə çəkilən və hələ tam hazır olmamış 101 kilometrlik yolla getməliyik. Amma dəfələrlə  yazmışıq, yenə yazırıq, inşallah, Möhtərəm Prezidentimiz İlham Əliyev çıxışlarında bəyan edib ki, bu yol da açılacaq. Ağdamdan Xankəndinə 25 kilometr, Şuşaya isə 37 kilometrdir.  Eləcə də  Ağdamdan Ağdərə yolu ilə  Kəlbəcərə hazır yolla gərək ki, 83 kilometrdi. Niyə biz bu yolla getmirik?

Sən orda sülhməramlısansa Azərbaycanın öz ərazisindən bizlərin istifadə eləməyi üçün canın çıxmalıdı, şərait yaratmalısan.

Möhtərəm Prezident sonuncu mətbuat  konfransında vurğuladı ki, tezliklə  həmin yollar da açılacaq və onu da vurğuladı ki, müəyyən məsələləri vaxtından əvvəl açıqlayıb xalqı sevindirmək istəmirəm.

Əslində  açıqlamaq istədiyi də çox güman ki, tezliklə  həmin yolların açılması və Qarabağdan  olan  məcburi köçkünlərin məlum  bölgələrdə yerləşdirilməsidi.

İnşallah, bir az tələsməyək.