adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Aprel 2021 13:04
38116
DÜNYA
A- A+

BAYDENİN 100 GÜNÜ

Konqtessə müraciətndə Putini hədələdi

Yanvar ayının 20-dən Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə başlayan Co Bayden elə bilir ki, dünyanın prezidenti seçilib.  

Vəzifəsinə eks prezident Tramıpın daha əvvəl verdiyi qərarları ləğv etməklə başlan 74 yaşlı Bayden, sonradan əsas rəqibləri və HATO tərəfdaşlarına qarşı "hücuma" keçib. 
 

Prezidentlik fəaliyyətinin 100-cü günü Konqressə müraciət edən ABŞ prezidenti, Kapitoliya binasında geniş hərəkət planını təqdim edib və onun sözlərinə görə bu plan "Amerikanın gələcəyini " müəyyən edəcək. 
 

Bayden bəyan edib ki, 100 gün ərzində prezidentin yeni administrasiyası demokratiyaya inamı artırmaqla yanaşı, itisadiyyatın bərpa olunmasına başlayıb və COVİD 19-a qarşı mübarizəni gücləndirib. O,  çıxışına vaksinasiyanın müvəffəqiyyətlə aparıldığını, iqtisadiiyyatın sürətlə inkişaf etdiyini bildirib.
 

" Amerikanın səsi" qeyd ediir ki, Co Baydenin müraciəti tarixi əhəmiyyət daşıyır. Təkcə ona görə ki, cıxış edən prezidentin arxasında Amerika tarixində ilk dəfə iki qadın - vitse prezident Kamala Xarris və Aşağı palatanın spikeri Nensi Pelosi əyləşmişdi. Bəli, həqiqətən də bu "çox böyük tarixi hadisədi".
 

Bayden müraciətində Rusiya ilə gərginləşməkdə davam edən münasibətlərinə toxunaraq, avtoritar rejimlərlə mübarizə aparacaqlarını bəyan edib: " Onlar hesab edirlər ki, demokratiya uduzur, çünki heç cürə razılaşmalara nail olmaq mümkün olmur. Biz isə avtokratlara sübut edəcəyik ki, demokratiya yaşayır və işləyir".

 Co Bayden qeyd edib ki, Rusiiya ilə münasibətlərin kəskinləşməsini istəmirlər, lakin Moskvanın düşmən münasibətlərinə lazımi qaydada cavab veriləcəyini bildirərək, faktiki olaraq Rusiya prezidenti Putini hədələyib. Onun sözlərinə görə, dünyada insan haqlarının müdafiəsi ABŞ -ın xarici siyasətinin əsas xətti olacaq, çünki insanlar dünyada bərabərhüquqlu yaşamaq üçün yaranıb". 
 

Bax bu məsələdə ABŞ prezidenti 100 günlük fəaliyyəti dövründə, elə ondan əvvəlki fəaliyyətləri dövründə də,  ermənilərin türk dünyasına qarşı törədiyi vəhşilikləri, 30 ilə yaxın bir müddətdə Azərbaycanın əzəli torpaqlarından amansız vəhşiliklə qovduğu  300 mindən çox azərbaycan türkünü, Qarabağdan didərgin saldığı 700 mindən çox insanı məcburi köçkün vəziyyətinə saldığını, işğal etdikləri ərazilərdə vandalizm hərəkətləri törədərək bütün şəhər və kəndləri viran qoyduğunu, tarixi abidələrini məhv etdiyini görməzlikdən gəldiyini ortaya qoyur. 
 

100 gün ərzində yaxın tarixə, kimin Vyetnamda, Koreya yarımadasında, Əfqanıstanda, İraqda, Suriyada, Liviyada və s. on milyonlarla insan qırğınına səbəb olduğuna nəzər salmaq əvəzinə, etməni icmasının təhriki ilə NATO tərfdaşı Türkiyəni tarixi həqiqətlərə , heç bir sübuta söykənməyən "soyqrımda" günahlandırır.  Azərbaycanın 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarını BMT-nin 28 il ərzinədə yerinə yetirilməyən Qətnamələrinə uyğun olaraq öz torpaqlarını hərbi yolla  işğaldan azad etməsinə qısqanclıqla yanaşır.
 

Co Baydenin bu müraciəti Demokrat və Pespublikaçı nümayəndələr tərəfindən birmənalı qarşılanmayıb. Resbublikaçı senator Tim Skkot onu amerikan cəmiyyətini parçalamaqda günahlandırıb. Senator Cim İnxov isə Çin və Rusiya ilə rəqabət aparmaq üçün, Baydenin silahlı qüvvələrə lazımi qaydada investisiya ayrılması məsələsinə diqqət vermədiyini dilə gətirib.
 

Bir sözlə ABŞ -ın yeni prezidenti bu müraciəti ilə əslində dünyaya demokratiya pərdəsi arxasında hökmranlıq etmək iddiasında olduğunu ortaya qoymuş oldu.

 Rüstəm Hacıyev