SON DƏQİQƏ:

Ağdamda beynəlxalq simpozium keçiriləcək

  323   |  
Şriftin ölçüsü  

Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin bərpası ilə əlaqədar olaraq Ağdamda "Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər" mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Adalet.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutu və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırma Mərkəzi tərəfindən Ağdam İcra hakimiyyəti ilə birlikdə təşkil edilən simpozium 15-18 sentyabr tarixində keçiriləcək.

Simpoziumda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Atatürk Araşdırmaları Mərkəzinin rəhbərləri ilə birgə, Türkiyə və Azərbaycandan 30-dan çox tarixçi-alim iştirak edəcəkdir. Simpozium iştirakçıları 2012-ci il sentyabrın 15-də Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər xiyabanında Bakının azad edilməsinin ildönümü münasibətilə türk şəhidləri və 20 Yanvar şəhidləri abidələrini ziyarət edəcək və simpoziumun keçiriləcəyi, işğaldan azad edilmiş, Ağdam rayonuna yola düşəcəkdir. Simpozium 16 sentyabr tarixində Ağdamda öz işini davam etdirəcəkdir.

Simpoziumda Azərbaycan Respublikasının müstəqillik dövr tarixi, Qarabağ Zəfərinə doğru gedən prosesdə Türkiyə-Azərbaycan strateji əlaqələri, Batum müqaviləsindən (4 iyun 1918) Şuşa Bəyannaməsinə (15 iyun 2021) Türkiyə-Azərbaycan əlaqələri və digər mövzular üzrə məruzələr dinləniləşkdir.

Simpozium iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfərləri də nəzərdə tutulur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK