adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 11:51
1553
DÜNYA
A- A+

Boris Conson Co Baydenlə görüşdü

Böyük Britaniyanın baş naziri Boris Conson, ABŞ prezidenti Co Baydenlə görüşüb. Onlar Əfqanıstandakı birgə missiyalarını  və gələcəkdə bu ölkədə vəziyyətin inkişafı məsələlərini müzakirə ediblər.
  
Bayden və Conson Əfqanıstanda böhranın qarşısının alınması üçün, bu ölkəyə humanitar və diplomatik dəstək göstərilməsini vacib sayıblar.
  
"Baş nazir və prezident Əfqanıstanda həyatını itirənlərin  əziz xatirəsinə hörmət məqsədilə, humanitar yardım və diplomatik dəstək verilməsinin ən gözəl vasitə olduğunu vurğulayıblar"- deyə Birləşmiş Krallığın hökumət saytında bildirilir.
 
Consonun fikirincə Talibanın terror təkilatı kimi tanınması məsələsi kordinə edilməli, bu məsələyə onların insan haqlarına necə yanaşmasından asılı olaraq qiymət verilməlidir.
  
Britaniyanın baş naziri daha sonra vitse-prezident  Kamala Xarrislə görüşüb. Ağ Evin mətbuat katibliyindən bildirilir ki, Xarris 20 il ərzində Əfqanıstanda ABŞ -a göstərdiyi dəstəyə görə Consona  təşəkkürünü bildirib.

Rüstəm Hacıyev