adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Sentyabr 2021 12:53
3403
GÜNDƏM
A- A+

Gürcü siyasətçisindən ermənilərə mesaj: “Dünyanın peşəkarlıq və döyüş qabiliyyətinə heyran qaldığı Ordu...” 


44 günlük vətən müharibəsi dönəmində bir çox dünya dövlətlərinin düşmən tərəfə göstərdiyi həm maddi, həm tibbi, həm texniki(silah-sursat), həm mənəvi dəstəyininşahidi olduq. Yazılarımızda sübut etmişik ki, əslində həmin ölkələr bu yardımları erməniləri sevdiyinə, onların gələcəyini düşündüyünə görə deyil, həmin dövlətlərin türkfobiya xəstəliyi, Azərbaycan- Türkiyə qardaşlığına nifrətindən qaynaqlanır. Adlarını sadalamağa ehtiyac yoxdu, məncə,  hamımız bilirik , hamımız tanıyırıq.

Adalet.az xəbər verir ki, bu gün erməni mediası növbəti himayədarının “təəssübkeşliyi”ndən sevinclə məqalələr dərc edib.  SputnikArmeniya saytında bu mövzuda gedən məqalədə bildirilir ki, ABŞ Konqresi Nümayəndələr Palatası Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul edib:” Millət vəkilləri Tony Kardenas, Adam Skaff və Brad Şerman tərəfindən hazırlanan bəyanatda erməni əsir və girovların dərhal azad edilməsini, eyni zamanda  “hərbi cinayətlər” haqqında hesabat təqdim etməyi Azərbaycandan tələb edəcək.

 

ABŞ Müdafiə Naziri qadağan olunmuş silahların istifadəsini və Amerika texnologiyasından istifadə edərək türk dronlarından. Qarabağda istifadəni də dayandırmağı tələb edəcək” 
 SputnikArmeniya daha sonra yazır:” Bəyanatın qüvvəyə minməsindən ən çox 180 gün sonra, müdafiə naziri, dövlət katibi (ABŞ-red.Ə.R) ilə məsləhətləşərək, Dağlıq Qarabağda  istifadə edilən Türk Bayraktar pilotsuz təyyarələrində ABŞ-dan hansı komponentlərin və ya texnologiyaların istifadə edildiyinə dair bir hesabatı Konqresə təqdim etməlidir. 
Hesabatda “Silah İxracına Nəzarət Qanunu”nun, digər qanunların və ABŞ -ın sanksiya siyasətinin pozulub -pozulmadığı göstərilməlidir. Hesabatda Azərbaycan tərəfindən mülki əhaliyə qarşı kaset bombaları, ağ fosforlu bombalar və digər qadağan edilmiş silahların istifadəsi qiymətləndirilməlidir. Nəhayət, Türkiyə və Azərbaycanın terrorçulardan Qarabağa qarşı istifadə etməsinə eyni qiymət verilməlidir”- deyə sayt qeyd edib.

Bu yerdə bir lətifə yadıma düşdü. Deməli , bir kişi arvadından xəyanət etdiyi ilə bağlı şübhələnir və başlayır onu güdməyə.... Bir gün, iki gün... Günlərin bir günü çantasını yığışdırır və arvadına deyir ki, gedirəm başqa bir şəhərdə yaşayan bacımgilə deyirlər yaman xəstələnib, ölümcüldü...  Arvadı bunu yola salır, dalınca su atır... Kişi evdən uzaqlaşan kimi sevgilisinə zəng edir ki, durma gəl, ərim getdi filan şəhərə... gec gələcək... 
 Ər də bunları güdür, arvadının sevgilisini evə girən görəndə ley kimi bunların başının üstünü alır.İçəri girən kimi qışqırır: Arvad bu kimdi, bu əclafla mənə xəyanət edirsən?
  Arvad görür ki, vəziyyət gərgindi, hücuma keçməsə olmayacaq. Qışqıra-qışqıra qayıdır ki, adə elə bilirsən, çantanı yığıb gedəndə inandım ki, bacıngilə gedirsən? Ay sən öləsən?!Son günlər işə getmədiyini bilirəm, de görüm, məni kiminlə aldadırdın?
Kişi dəli olur: Azz, hələ bir sən cavab ver görüm, yanındakı bu kişi kimdi?
Arvad - Ədə heyyy, söhbəti fırlatma ee , de,görüm son günlər məni kiminlə aldadırsan, onu de, sonra sübut elə, daha sonra mən bu kişinin kim olduğunu sənə deyəcəm...


İndi bax eyni bu qadın kimi həyasız, ayağı sürüşkən, haqsız ola-ola, haqlını divara qısnayan  bir xalqla, bir ölkə ilə qarşı-qarşıyayıq. Amma şükür ki öhdəsindən gəldik və minlərlə maneyə baxmayaraq öhdəsindən gələcəyik! Azərbaycan ordusu da, xalqı da buna qadirdi. Bu sözü tək mən demirəm
 Bunu münaqişələrin nizamlanması üzrə keçmiş naziri (2004-2006), politiloq Georgi Xaindrava deyir. O bildirib ki, Ermənistana silah tədarükü başqa, Emənistan tərəfində vuruşmaq başqa: “Rusiya 44 günlük müharibə zamanı Azərbaycana qarşı açıq şəkildə döyüşməyib.


 Hətta Rusiya Ermənistan tərəfindən açıq şəkildə müharibəyə qoşulsaydı belə, düşünürəm ki, Azərbaycan yenə də öz ərazi bütövlüyünü bərpa edəcəkdi. Düzdür, bu, Azərbaycan üçün daha mürəkkəb olacaqdı çətin, amma bu ordunun qarşısında heç kim dayana bilməzdi. Biz hamımız müharibə dövründə hadisələri çox diqqətlə izlədik və Azərbaycan Ordusunun hərəkətləri, o döyüşlərdə göstərdiyi peşəkarlıq və döyüş qabiliyyəti səviyyəsinə heyran idik", - Xaindrava qeyd edib.
ABŞ isə başlatdığı işi yarımçıq qoymasın məncə. Yadınıza gələr Bu il martın 30-da Amerikanın "Forin Polisi" analitik toplusunda "Amerika ordusu Qarabağ münaqişəsinin təcrübəsini öyrənir" (the U. S. Army Goes To School on Nagorno-Karabakh Conflict) adlı məqalə dərc edildi.
Müəllif Cek Deş yazır ki, 2020-ci ilin payızında baş verən hadisələr Amerika hərbçilərini bahalı olmayan pilotsuz uçuş aparatlarının köməyilə Ermənistanı məğlub edən Azərbaycan Silahlı Qüvvələrinin təcrübəsini öyrənmək zərurətinə inandırır.

Gedin öyrənin!


 Əntiqə Rəşid