SON DƏQİQƏ:

Süni mayalanma ilə ana olan, 3-cü evliliyini gizlədən Oksananın uşağının atası tapıldı: ETİRAF

  2257   |  
Şriftin ölçüsü  

 

 Yəqin ki, 2 il əvvəl mediada gündəm olan bu xəbər sizin də nəzərinizdən qaçmayıb: 

Süni mayalanma yolu ilə ana olacağı xəbərlərilə gündəmi zəbt edən rəqqasə-aktrisa Oksana Rəsulova yenidən qalmaqal yaradacaq paylaşım edib.

Hamiləliyin son aylarını yaşayan rəqqasə İnstagram səhifəsində əks cinsin nümayəndəsilə əl-ələ tutaraq çəkdirdiyi şəkili izləyicilərilə bölüşüb.

Oksana görüntüyə verdiyi şərhlə həmin əlin sahibinin sevdiyi şəxs olduğunu bildirib: "Nə yaxşı ki, varsan. Həyatımda və qəlbimdəsən".

Rəsulova yayılan xəbərlərdə deyildiyi kimi süni mayalanma yolu ilə deyil, təbii yolla hamilə qalıb. O, sadəcə əsaslı və ciddi səbəblər üzündən körpəsinin atasının kimliyini gizli saxlayır.

Hətta süni mayalanma yolu ilə ana olacağı xəbərlərinin rəqqasənin özü tərəfindən yayıldığını söyləyənlər də var. Deyilənə görə, o, şəxsi həyatında yaranacaq problemlərin qarşısını almaq məqsədilə bu addımı atıb.

 

Uşağın atası tapıldı

 

Adalet.az xəbər verir ki, aparıcı Şəhriyar Əbilovun şəxsi həyatı ilə bağlı verdiyi açıqlama hər kəsi şoka salıb.

ARB-də yayımlanan müğənni Roza Zərgərlinin “Tam vaxtıdır” proqramına qonaq olan Əbilov rəqqasə Oksana Rəsulova ilə dörd ildir birlikdə olduqlarını bildirib.

Şəhriyar Oksananın oğlu Osmanın da öz oğlu olduğunu etiraf edib:

“Oksana ilə 15 ildir dostam. Zaman keçdi, bizim “Lal yuxu” serialımız oldu və həmin serial dönəmində bir-birimizə hisslərimiz yarandı. Artıq dörd ildir ki, evliyik. Üç yaşında oğlumuz var, onunla nəfəs alıram. Bu söhbətə son qoymaq istəyirəm və bir də qayıtmaq istəmirəm”.

Əbilovun bu etirafını eşidən Zərgərli sevinc göz yaşlarını saxlaya bilməyib və kövrəlib.

Qeyd edək ki, Oksana Rəsulova iki dəfə evli olub  Haqay Avenilov  və reper Elşad Xose ilə...Şəhriyar onun 3-cü həyat yoldaşıdır.

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK