adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2021 10:45
673
SAĞLAMLIQ
A- A+

Azərbaycanda yeni ştamm aşkarlanmayıb - Rəsmi

Azərbaycanda COVİD-19-un yeni "omikron" ştammı aşkarlanmayıb.

Milli Hematologiya və Transfuziologiya Mərkəzindən verilən məlumata görə, mərkəzin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb:

"Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində "cluster" tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb", - mütəxəssis əlavə edib.