adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
30 Noyabr 2021 09:50
220
SAĞLAMLIQ
A- A+

ÜST: “Koronavirus keçirənlərin “Omikron”a yoluxma ehtimalı daha yüksəkdir”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə “Omikron” ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.

“COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən “Omikron”a yoluxma ehtimalı daha yüksək ola bilər”, - deyə ÜST-ün məlumatında bildirilir.

Ancaq yeni ştammla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.

“Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, “Omikron”la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər”, - deyə ÜST-dən izah edilib.

Eyni zamanda, təşkilatdan mövcud peyvəndlərin COVID-19-un yeni variantına qarşı da təsirli olduğuna əmin edirlər.