adalet.az header logo
  • Bakı 3°C
  • USD 1.7
01 Dekabr 2021 14:36
378
DÜNYA
A- A+

NATO RUSİYANI, RUSİYA NATO-nu ittiham edir

NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin Riqada keçirilən toplantısında, Moskvanı Ukrayna sərhədlərində vəziyyəti gərginləşdirməməyə çağırıblar.
 

Şimali Alyansın baş katibi Yens Stoltenberq birinci iclasın yekununda bəyan edib ki, " Biz Ukraynanın şərq sərhədlərində Rusiyanın ağlasığmaz hərəkətlərini müzakirə etdik... Rusiyanı bununla bağlı niyyətlərini açıq nümayiş etdirməyə çağırırıq".
 

Qərb KİV-ləru və amerikan siyasiləri daha tez-tez Moskvanın Ukrayna sərhədləri ətrafına hərbi qüvvələrini cəmləşdirilməsi barədə fikirlər səsləndirirlər.
 

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Rusiya NATO tərəfindən atılan hər bir addıma qətiyətlə cavab verəcək. "Milli maraqlarımıza xələl gətirə biləcək düşməncəsinə atılan hər bir addıma  qətiyyətlə cavab veriləcək"- deyə Lavrov bildirərək əlavə edib ki, "Cavab həmişə qəti və ağır olacaq".

Rüstəm Hacıyev