SON DƏQİQƏ:

“Yadların doğma sözü”

  49929   |  
Şriftin ölçüsü  

Başqa xalqların adət-ənənələri, folkloru, mədəniyyəti  həmişə insanları maraqlandırıb. Bəzən sadəcə oxuyub zövq almaq üçün, bəzən də öyrənmək, maariflənmək üçün başqa millətlərin söz ehtiyatlarından yararlanmışıq. Sərhəd bilməyən söz selinin qarşısını nə zaman, nə düşmənçilik, nə qadağalar ala bilməyib. Xalqların illərdən bəri topladığı sözün dibsiz quyu kimi sonu görünməyib. Bütün bunları nəzərə alaraq, Adalet.az-da "Yadların doğma sözü” adı altında dünya xalqlarından seçmə atalar sözləri təqdim edəcəyik.

İlk olaraq – yəhudilərdən başlamaq istədik.  Qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalqdır. İsraildən başqa faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-da yaşayır. Ənənəvi dini iudaizmdir. Yəhudilərin əksəriyyəti yaşadıqları ölkənin dilində danışırlar. İsraildə isə rəsmi dövlət dili XIX əsrdə danışıq dili kimi dirçəldilmış ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Müdrik xalqdır,  təsəvvür edin: yəhudilərin IQ-sü digər etnik qruplardan altı dəfə böyükdür. Yəhudilər təkcə 20-ci əsrin ikinci yarısında ədəbiyyat, tibb, fizika və kimya sahəsində əldə olunan Nobel mükafatının 29 faizini qazanıblar. Bu əsrdə həmin nisbət 32 faizə çatıb. Elə isə bu ağıllı xalqın nə düşündüyünü öz fikirlərindən bilək:

 

• Pis həyat yoldaşı pis yağışdan daha betərdir. Pis yağış insanı evə qovur, pis həyat yoldaşı isə evdən qaçmağa məcbur edir.

• Qoy Tanrı səni pis qadınlardan qorusun, yaxşılardan isə özün xilas ol!

• Kişilər daha çox iş görərdi, əgər qadınlar daha çox sussaydı.

• İçki gəldi – sirr getdi

•  Şirin olma – yoxsa səni yeyərlər. Acı olma – yoxsa səni tüpürərlər. 

• Adəm ilk bəxtəvər kişidir, çünki qayınanası olmayıb.

• Tanrı insana iki qulaq və bir ağız verib ki, o da az danışsın və daha çox dinləsin.

•  Tanrı eyni zamanda hər yerdə ola bilməz, ona görə də anaları yaradıb.

• Tanrı mənə ayağa qalxmağa kömək et. Yıxılmağı mən özüm də bacararam.

• Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur.

• Pulsuzluğun acısı daha betərdir, nəinki pullu olmağın sevinci.

• Əgər problemi pul vasitəsi ilə həll etmək olarsa, onda bu problem deyil, sadəcə məsrəfdir.

• Qonaq da balıq kimidir, 3 gündən sonra iylənməyə başlar.

• Keçidən qabaq, atdan isə arxa tərəfdən qorx. Axmaqdan isə bütün tərəflərdən.

• Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir.

• Uzaqdan heç bir insan pis deyil.

• Uşaqları olmayanlar, onları yaxşı tərbiyə edir.

• Təcrübə - insanların öz səhvlərinə don geyindirmək üçün istifadə etdiyi sözdür.

• Qocaldıqca insan sadəcə daha pis, amma daha çox görür

• Yer kürəsini məhv edən insanların çoxluğu deyil, insanlığını itirmişlər olacaq.



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK