SON DƏQİQƏ:

Rəmişin qardaşı qızı jurnalistləri qınadı: “Niyə eşitdiyinizi öz bildiyiniz kimi yazırsınız?”

  76510   |  
Şriftin ölçüsü  

Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülşən Hüseynovanın (Gülü) açıqlamasının jurnalistlər tərəfindən reytinq xatirinə dəyişdirilərək  konteksdən çıxarılması Rəmişin ailə üzvlərini narahat edib və təəssüfləndirib.

Sənətkarın yaxınları  saytımıza zəng vuraraq bildirdilər ki,, onları narahat edən  mövzunun mediada  getdiyi kimi olmaması və yanlış yazılmasıdır.

Bizimlə bağlantı quran  Rəmişin qardaşı (Sabir Hüseynovun - red.Ə.R) qızı Günel Hüseynova  müxtəlif saytlarda gedən “Rəmişin həyat yoldaşından gözlənilməz addım: "Rəmişin qardaşı qızını övladlığa götürdüm”  adlı yayılmış xəbərlərə fikir bildirib:

”Maraqlıdır , axı jurnalistlər həyat yoldaşı yenicə dünyasını dəyişmiş dərdli-yaralı bir qadının yanğı ilə dediklərini konteksdən  çıxararaq öz bildikləri kimi yazması nəyə lazım idi? Bunu həm ailəmizə . həm də mərhum sənətkarın xatirəsinə sayğısızlıqdı.  Jurnalist Gülşən xanıma sual verdi ki, sizin övladınız olmadı , indi kiminlə qalacaqsınız?O da dedi ki,  Rəmiş də, mən də   Rəmişin qardaşı balalarının xətrini  çox istəmişik. Onları öz balamız bilmişik. Sonra da  qeyd etdi  ki, tək niyə qalıram, Xəyyam da, Günel də mənə baladırlar.

Həmin cavab  belə oldu.  Amma bu cavabı  saytlardan başqa formada oxuduq :“Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülşən Hüseynova  (Gülü) deyib:

 “Rəmişlə ailə quranda 23 yaşım var idi. Heç zaman övladım olsun deyə düşünmədim. Mən Rəmişi o qədər sevirdim ki, bala düşünmürdüm. Rəmişi sevirdim, yenə sevirəm, ölənə qədər də sevəcəyəm. Mən onu özümə övlad bilirdim. İndi Rəmiş yoxdur, onun qardaşı qızı Güneli övladlığa götürmüşəm. Elə körpəlikdən Günel mənim əlimdə böyüyüb. Günel artıq mənim övladımdır. Onu mən övlad kimi qəbul etmişəm”.

 G. Hüseynova fikirlərinə bu sözləri də əlavə edib:” Əmimin həyat yoldaşı, əmimin bizə yadigarıdır. Onun qayğısını çəkmək bizim borcumuzdur və biz bu borcumuzu  hər zaman yerinə yetirəcəyik.    Amma artıq mənim 41 yaşım var  və övladlığa götürüləcək yaşda deyiləm. Xahiş edirəm yazdığınız yazını bir dəfə də özünüz diqqətlə oxuyub, analiz aparın”.

 Qeyd edək ki, Azərbaycanda gitara ustası kimi tanınan,  fenomen qabliyyətə malik mərhum  Rəmişin həyat yoldaşı Gülü xanımın açıqlaması sənətkarın ailəsində narazıçılıq yaradıb.

 Əntiqə Rəşid  

Adalet.az

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK