100-dən çox şəxs sosial xidmətlərdən yararlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin ötən ilin avqust ayında Ağdamın Quzanlı qəsəbəsində fəaliyyətə başlayan Sosial Xidmət Mərkəzində həssas kateqoriyadan olan 100-dən çox şəxs sosial xidmətlərdən yararlanıb.
Adalet.az xəbər verir ki, mərkəzdə əlilliyi olan uşaqlarla yanaşı, zorakılığın müxtəlif növlərinə məruz qalmış, sosial xidmətə ehtiyacı olan şəxslərə, eləcə də repatriasiya edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstərilir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətlərinə cəlb edilirlər. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili, eləcə də sosial adaptasiyası məqsədilə bir çox fəaliyyətlər təşkil edilir. Uşaqların valideynləri isə valideyn bacarıqlarının artırılması istiqamətində təlimlərdə və qrup terapiyalarında iştirak edirlər.
Agentliyin ölkə üzrə ölkə üzrə 5 sosial xidmət mərkəzi (Abşeron, Sabunçu, Nərimanov, Yasamal, Ağdam) və bir sosial xidmət kabineti (Sumqayıt şəhəri) fəaliyyət göstərir. Bu mərkəzlərdə göstərilən xidmətlərdən yararlanmaq istəyən şəxslər Sosial Xidmətlər Agentliyinə və Agentliyin müvafiq filiallarına müraciət edə bilərlər.
Digər Xəbərlər
29 Iyun 2026 16:20
Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik? - VİDEO
29 Iyun 2026 15:46
Bu dərmanlar bazardan dərhal yığışdırılır - RƏSMİ
29 Iyun 2026 12:44
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!
26 Iyun 2026 18:00


Bakı -°C

