adalet.az header logo
  • Bakı -°C

100 il sonra yenə bizim olan foto - Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
52715 | 2020-07-23 09:30
A- A+

10 min kilometr uzaqda, Nyu-Yorkun Elmira şəhərindəki bir evdə 10 yaşlı bir uşaq atasının iş otağında oturub uşaq həyacanıyla məktub yazırdı.

"Qazi Mustafa Kamal Paşa

Ankara, Türkiyə

Hörmətli cənab!

Mən 10 yaşlı bir uşağam.

Türkiyə və yeni hökümətinə böyük bir marağım var.

Siz və xanımınız haqqında bir çox yazı və rəsm yığmışam.

Türkiyə haqqında bir dəftərim var.

Siz və xanımınız haqqında bir neçə reportaj, müsahibə oxudum.

Xahiş edirəm, bir Amerikalı uşağa kiçik bir qeyd və imzalı şəklinin göndərin.

Bir gün Türkiyəni görə biləcəyimə ümid edirəm.

Hörmətlə

Curtis LaFrans!"

Məktub Ankaraya çatdı.

Mustafa Kamal bu məktubu oxudu.

İş otağına girdi, oturdu, cavab yazdı.

Bu Mustafa Kamalın ABŞ-a yazdığı ilk rəsmi məktub idi.

"Türkiyə Cümhuriyyəti Rəyasətindən

xüsusilə

Mister Curtis LaFransa,

Məktubunuzu aldım.

Türk Vətəni haqqında maraqlandığınıza və xoş diləklərinizə görə təşəkkür edirəm.

Arzunuzu nəzərə alıb bir dənə imzalı fotomu göndərirəm.

Həyatda nailiyyətlərə və səadətə qovuşmağınızı arzu edirəm.

Türkiyə Rəisicumhuru

Qazi Mustafa Kamal..."

Atatürkə olan sevgisi onun ölümünə çevrildi

Hələ 10 yaşında olan Curtis Amerika azadlıq mübarizəsinin qəhrəmanı, yeni qitəyə müstəqillik fikrini aşılayan fransız aristokrat Lafayettenin soyundan idi.

Fransa inqilabının ən güclü xarakterlərindən biri olan Lafayette Amerika azadlıq savaşından xəbər tutan kimi Filadelfiyaya getmiş, ingilislərə qarşı vuruşan amerikanlıların cəbhəsində yer almış, general olmuş, Corc Vaşinqtonla birlikdə ingilisləri darmadağın eləmiş, "iki dünyanın qəhrəmanı” elan edilmişdi.

Hə, belə bir adamın soyundan gələn Curtis azadlıq, müstəqillik hekayələriylə böyümüşdü.

O uşaq olmağına baxmayaraq "müstəqillik” anlayışının dünyadakı ən hörmətli həyat tərzilərindən biri olduğunu bilirdi.

Amerika qəzetlərində Türk qurtuluş Savaşı ilə əlaqədar xəbərləri maraqla oxumuş, "The Saturday Evening Post” dərgisində yayımlanan Mustafa Kamal Atatürklər müsahibəni oxumuş, oxuduqca heyran olmuş, yeni qurulan şəhər Anqoraya marağı artmışdı.

Çatarmı, çatmazmı, ciddiyə alınarmı, alınmazmı deyə düşünmədən yuxarıdakı məktubunu yazmışdı.

Üstündən 75 il keçdi.

75 il boyunca Türkiyənin bu məktubdan xəbəri olmadı.

Çünki Mustafa Kamal Atatürk bu məktubu fürstədən istifadə edib propaqanda üçün, Türkiyə Cümhiriyyətinin reklamı üçün yazmamışdı.

Nə qəzetlərin xəbəri olmuşdu, nə də Amerika konsulluğuna deyilmişdi.

10 min km uzaqdakı 10 yaşlı bir uşağın səmimi duyğularına səmimi bir cavab vermişdi, vəssalam!

Curtis böyüdü, Yale Universitetində oxudu, texnika mühəndisi oldu, Kolumbiya Universitetində menecmentliyi bitirdi, Çexiyaya getdi, Praqa Çarles Universitetində Slavyan dilləri ixtisasında oxuyarkən II dünya müharibəsi başladı, ölkəsinə qayıtdı, ailəsinin şirkətinin başına keçdi, fabrik yaratdı, yanğınsöndürən maşınları istehsal etdi, Avropadan Afrikaya qədər onlarla ölkəyə ixracat həyəta keçirtdi, çox varlı bir iş adamı oldu. Newport Sənət Muzeyinin, Tarix Qurumunun, Newport Musiqi Festivalının, Redwood kitabxanasının ən böyük sponsoru oldu, "ilin xeyirxahı” mükfataını aldı.

85 yaşında ikən ABŞ-da yaşayan Saliha Sulander adlı türk vətəndaşı ilə təsadüfən tanış oldu.

Söhbət söhbəti gətirdi, Mustafa Kamal ilə məktublaşmasını ona danışdı.

Saliha xanım qulaqlarına inanmırdı.

Məktubdan heç kimi xəbəri yox idi.

Amma əslində "Amerikan Life” dərgisi 1959-cu ildə bu məktubları dərc etmişdi. Bu qəzetin Türkiyədəki versiyasl "Həyat”dərgisi də bu xəbərin türkcəsini dərc etmişdi, amma qəzetlərə yansımamışdı, az tirajlı dərginin arxivində toza qərq olmuşdu.

Saliha xanım dərhal türk səfirliyinə getdi, vəziyyəti danışdı.

Səfirliyin işçiləri Kurtislə əlaqə saxladılar, məktub araşdırıldı, dəqiqləşdirildi. Ankaraya xəbər verildi.

1998-ci il idi.

Bülənt Ecevitin təlimatıyla, Mədəniyyət Naziri İstemihan Talay tərəfindən Türkiyəyə dəvət olundu.

Kurtis qızı ilə birlikdə Ankaraya getdi.

"Poladlı deyə bir yer olduğunu bilirəm, rəsmi dəvətlərdən əvvəl Poladlıya getmək istəyirəm” - dedi.

Hamıya maraqlıdı idi ki, niyə Poladlı?

Sən demə, Kurtis is həyatına yeni başladığı dönəmdə Poladlı bələdiyyəsinə yanğınsöndürən maşını satmışdı.

Poladlıya getdilər, 40 il öncə satdığı maşın hələ də istifadə olunurdu.

Bəlli oldu ki, bu, Türkiyəyə ilk gəlişi deyildi.

1960-cı ildən etibarən dəfələrlə getmişdi.

Ankaranı, İstanbulu, İzmiri gəzmişdi, qayıqla Egey və Ağdəniz sahillərini gəzmişdi.

Hər gəlişində Anıtkabiri ziyarət etmişdi, ona ömür boyu ilham verən Atatürkün qəbrinin başında onu hörmətlə anmışdı.

Amma bu dəfə fərqli idi.

Bu dəfə Türkiyə Cümhuriyyətinin rəsmi dəvətlisi olaraq Ankarada idi.

"Həyatımın ən duyğulu anını yaşayıram” - dedi.

Mustafa Kamal Atatürkün ona göndərdiyi məktubu Anıtkabir muzeyinə ərmağa etdi.

Anıtkabirdəki tədbirdə qısa bir çıxışı oldu.

"1938-ci ildə Atatürkün öldüyünü eşidəndə 25 yaşında cavan, dəliqanlı bir oğlan idim. Niyə ağladığımı heç kim başa düşməmişdi” – dedi.

2012-ci ildə 99 yaşında ikən vəfat etdi.

Onun ölümü həyat hekayəsinə yaraşan gözəl bir təsadüf oldu – 10 noyabr!

Və…

2020-ci il.

Kurtislə Atatürkün məktublaşmasının üstündən hardasa 100 il keçdi.

Heç kimin ağlının ucundan belə keçməyən bir hadisə baş verdi.

ABŞ-ın ən məşhur auksion şirkətlərindən biri olan "Jackson's International Auctioneers” rəsmi internet səhifəsində elan verdi.

"Atatürkün imzalı bir fotosu açıq hərraca çıxarılacaqdı, 1923-cü ildə Atatürkün Kurtisə göndərdiyi foto idi”.

24 iyunda hərrac şirkətinin Iowa əyaləti Cedar Falls şəhərindəki mərkəz salonunda baş tutacaqdı.

Eynilə Kursitslə Atatürkün 100 il öncəki məktublaşması kimi. Yenə Türkiyədə heç kimin xəbəri yox idi, çünki türk mətbuatının ruhu belə xəbər tutmamışdı.

Doğrusu, kimsənin xəbərdar olması da mümkün deyildi.

Hərrac siyahısını kim tapacaqdı, kim oxuyacaqdı, kim Atatürkün adını tapacaqdı…

Möcüzə belə olsa, imkansıza yaxın idi.

O möcüzə gerçəkləşdi.

O hərrac siyahılarını yurdsevər bir gənc türk izləyirdi.

Gürkan Us…

İstanbul, Kadıköylü.

ABD'de Towson Üniversitetində film və tv ixtisasına yiyələndi

20 ildir ABŞ-da Vaşinqtonda yaşayır.

Konsert təşkilatçılığı ilə məşğul olan şirkəti var.

Türkiyədən sənətçiləri ABŞ-a gətirir, qastrollar təşkil edir.

Axırıncı dəfə qürurumuz Fazıl Sayı gətirdi, dörd şəhərdə konsertini təşkil etdi.

Könüllü səfirlik işçisi kimi işləyir, Türkiyənin musiqi yoluya tanıtmaq üçün ABŞ-da türk dərnəklərinə, federasiyalarına kömək edir, xüsusilə 29 oktyabr Cümhuriyyət şənliklərində bir qəpik pul almadan konsert təşkilatçılığını edir.

Eyni zamanda müdhiş bir kolleksionerdir.

Atatürk və Osmanlı kolleksioneri.

ABŞ-dakı hərrac şirkətlərini sistemli olaraq izləyir.

Atatürk və Osmanlıya aid nə varsa, alır.

Bütün gəlirini bu işə xərcləyir.

Maddi gücü çatmasa, Türkiyədən kimin imkanı varsa, onlara məlumat verir ki, alsınlar, ABŞ-da qalmasın.

Osmanlı silah kolleksiyası var.

Osmanlı dövrünə aid qılınclar, tüfənglər yığır.

Evi muzeyə oxşayır.

Türkiyədə olmayan Osmanlı silahları belə var.

Hə, bax, bu yurdsevər türk dəliqanlısı yenə hər zamankı kimi hərrac şirkətlərinin siyahısını izləyirdi.

"Jackson's International Auctioneers”- in satışa çıxaracağı Mustafa Kamal imzalı fotonu gördü.

Gördüyü andan etibarən yatmadı.

Təxmini büdcəni hazırladı.

Olar elə, olmaz belə., bəlkə pulum çatmaz deyə düşünüb kredit götürdü.

ABŞ-da koronavirusla bağlı Iovaya gedə bilmədi, auksiona online qoşuldu.

24 iyun ekran başına keçdi.

Dörd amerikalı kolleksionerlə mübarizə apardı.

Ən yüksək rəqəmi verdi.

Tarixi fotonu almağı bacardı.

"Ödədiyim rəqəmin əhəmiyyəti yoxdur, mənə görə pul ölçülməz, qəpiyinə qədər, artıra biləcəyim yerə qədər artıracaqdım” – dediyi üçün rəqəmi bura yazmıram.

Türkiyədə o pula ev ala biləcəyini deyə bilərəm.

Auksion qaydalarına görə, kim satdı, bilmirik.

Amma artıq etibarlı əllərdə olduğunu bilirik.

Atatürkün əsgəri…

Gürkan Us kimi gənclərimizlə qürur duyuruq!



Dilimizə uyğunlaşdıran: Eminquey


TƏQVİM / ARXİV