3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
Bakıda məktəbli qarət olunub.
Adalet.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Mehdi Hüseynzadə parkında qeydə alınıb.
İttiham aktına görə, 42 yaşlı Sadiq Turabov (ad və soyad şərtidir) 60 saylı orta məktəbin qarşısındakı parkda şagirdlərin futbol oynadığını və onlardan birinin çantasını oturacağın üzərinə qoyduğunu görüb. O, ətrafdakıların onu görmədiyindən əmin olaraq çantanı götürüb. Bir az irəlidə onun içindəki 7-ci sinif şagirdinin istifadə etdiyi, lakin anasına məxsus 3000 manat dəyərində olan “iPhone 16 pro max” markalı telefonu götürüb, çantanı da səkiyə atıb.
Daha sonra Dövlət Statistika Komitəsinin yanında tanıdığı şəxsə zəng edərək telefonu satmaq istədiyini bildirib. Həmin şəxs də telefona baxaraq onun “icloud”da olduğunu və ekranının sındığını deyərək 25 manata alıb.
Şagird isə telefonunun oğurlandığını biləndən sonra anasına məlumat verib. Anası və dayısı isə Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə gələrək ərizə yazıblar. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sadiq Turabov və telefonu 25 manata alan şəxs saxlanılıb. Digər şəxs izahat yazıb telefonu qaytarandan sonra sərbəst buraxılıb. Sadiqin barəsində isə cinayət işi açılıb.
S. Turabov ifadəsində peşman olduğunu deyib. Zərərçəkən şəxs də telefonun qaytarıldığını və təqsirləndirilən şəxslə barışdığını, şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə S. Turabov 1 il 7 ay müddətinə həbs edilib./Lent.az
Digər Xəbərlər
20 May 2026 11:38
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
19 May 2026 17:14
Azərbaycan süni intellekt və data mərkəzləri üzrə regional hab olmağı hədəfləyir
08 May 2026 09:18
İnstaqram bu funksiyanı ləğv etdi
06 May 2026 10:48
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır - FOTOLAR
04 May 2026 17:12
Dövlət qurumlarının rəqəmsal layihələrdə sərbəstliyi məhdudlaşdırılır
30 Aprel 2026 11:13
“Texnoloji çağ internet inqilabı ilə başladı”
27 Aprel 2026 12:41
TikTok gənclərin düşüncə tərzini necə dəyişir?
23 Aprel 2026 16:49


Bakı -°C

