"3+3" formatının ikinci iclasına hazırlıq görülür - Rusiya XİN
"3+3" formatının ikinci iclasına hazırlıq görülür.
Adalet.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, regionun bütün ölkələrinin bu prosesə cəlb olunması dialoqun qurulmasına, ticarət, energetika, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı səmərəli layihələrin icrası vasitəsilə İrəvanla Bakı, İrəvanla Ankara arasında dialoqun qurulması üçün əlverişli şərait yaradacaq.
"İndiki mərhələdə "3+3" formatının ikinci iclası üçün hazırlıq aparılır. Bu görüşü ilin birinci yarısının sonuna kimi keçirməyə ümid edirik. Nəqliyyat və iqtisadi əlaqələrin açılmasına gəldikdə, bununla Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrliyi ilə müvafiq işçiq qrup məşğul olur. Bu istiqamətdə böyük işlər görülüb. Regionda konkret layihələrin reallaşdırılmasına imkan verəcək konkret nəticənin əldə olunması üçün çalışırıq", - A.Rudenko deyib.(trend)
Digər Xəbərlər
17 Iyun 2026 18:35
Kamran Əliyev İƏT nümayəndələri ilə görüşdü
17 Iyun 2026 18:18
ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb
17 Iyun 2026 17:41
Prezident Administrasiyasında Ümid Partiyasının sədri ilə görüş keçirilib
17 Iyun 2026 17:17
Oman Sultanı İlham Əliyevi təbrik etdi
17 Iyun 2026 17:00
Sahibə Qafarova Abraham Hamada ilə görüşdü
17 Iyun 2026 16:45
Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçiriləcək
17 Iyun 2026 16:31
Cevdet Yılmaz: Türkiyənin qarşısında Zəngəzur dəhlizi də daxil olmaqla yeni imkanlar açılır
17 Iyun 2026 15:58


Bakı -°C

