59 yaşlı Hülya Avşarın 40 ili FOTOLARDA
Türkiyə tanınmış müğənnisi və aktrisası Hülya Avşar 10 oktyabrda 59 yaşını qeyd etdi.
Adalet.az xəbər verir ki, Hülya türk əsilli Emral Bozkırla kürd əsilli Celal Avşarın qızı olaraq1963-cü ildə dünyaya gəldi. Türkiyə onu kürt kökənli olaraq tanıdı. Gənc ikən siyasətçi kimi tanınan Mehmet Tecirli ilə ailə həyatı qurub.
(Bu gün sizə ilk fotosu 1982-ci ildə sonuncu fotosu ilə ötən gün çəkilmiş fotosunu: Hülya Avşarın zaman axarını təqdim edəcəyik.)
1982-ci ildə bulvar qəzeti tərəfindən dünya gözəli seçildi. İlk olaraq 1983-ci ildə "Kahir" adlı filmdə "Hülya" xarakterini oynadı. Ayrıca filmdə Orhan Gencebay ilə baş rolu paylaşdı. Gözəlliyi ilə diqqətləri üzərinə çəkən Hülya aktyorluğunun yanında 1995-ci ildə musiqi bazarında özünü göstərməyə başladı. 1997-ci ildə Kaya Çilingiroğlu ilə evləndi və cütlüyün bu evlilikdən Zəhra adında qız uşağı oldu. Ancaq bu evlilik şiddətli münaqişələrdən 2005-ci ildə bitdi.
.
u.
2009-ci ildə Acun Medianın təşkil etdiyi "Yetenek Sizsiniz Türkiye" adlı yarışma proqramının münsif üzvlüyünü boynuna götürdü. Proqram sayəsində köhnə çıxışını yenidən tutdu və Odeabankın reklam üzü oldu. Üç mövsüm münsif üzvlüyü etdikdən sonra “Hülya Avşar Show” adlı özünü şou proqramını təqdim etdi, ancaq proqram kifayət qədər maraq görmədi.
Hülya Avşarın adı eşq dedi-qodularında sürəkli hallandı. Onun eşq yaşadığı şəxslərin demək olar ki, çoxu iş adamı və biznesmenler idi.
Sənət aləmində isə adı İmperator ilə daha çox anıldı. Müğənni Erol Köse "Pişti" adlı verilişdə qonaq olarkən İbrahim Tatlısəslə Hülya Avşar haqqında keçmişdə yaşanan bir hadisəni ilk dəfə danışdı. İfaçının açdığı 30 illik sirr qalmaqala səbəb oldu.Köse iki məşhurun eşq yaşadığını deyərək, "Avşar İbrahim Tatlısəsə dəli kimi aşiq idi və onun qapısında yatırdı" sözlərini əlavə etdi. Əslində Tatlısəsin “Hülya ” mahnısı və filmlərdə ikilinin çəkildiyi sevgi səhnələrinin təbiliyi Kosenin dediyini təsdiq edirdi.
Qeyd edək ki, həm də Azərbaycanın sevilən müğənnisi olan Hülya Avşar “Gucci” firmasının siması seçilən erməni model Armine Harutyunı dəstəkləməsi onun pərəstişkarlarını iki yerə böldü.Hülya Avşar hər kəsin tənqid etdiyi modeli gözəl hesab etdiyini bildirdi.
O, Armine üçün ‘son günlərdə ən bəyəndiyim şəxsdir” cümləsini işlətdi.
Hülya erməni modeli hər kəsdən fərqli göründüyü üçün dəstək olduğunu da qeyd etmişdi. Bu da təbii ki Azərbaycanlı pərəstişkarların xoşuna gəlmədi.
Əntiqə Rəşid