09 Aprel 2025 13:57
1271
MARAQLI

689 yaşlı ölməz sərkərdə: Barlaslı Tarağayın Dəmir oğlu 

Bu gün böyük Türk xaqanı Əmir Teymurun anadan olan günüdür!


Adalet.az xəbər verir ki,  Barlaslı Tarağayın oğlu Teymur 1336-ci ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib.
Deməli, Allah insanı yaradarkən ona uyğun adı da seçirmiş. Gələcəkdə dünya cahangiri olacaq bu körpəyə Çağatay və monqol dilində Temür və ya Temir  adı qoyublar. Bu sözün də mənası "dəmir"  demək imiş. Adı özünə uyğun dəmir iradəli, dəmir nizam intizamlı Teymur  böyük sərkərdə, imperiya qurucusu kimi özünü çox tez təsdiqləyə və tanıda bilir.

Onun imperiyası şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edirdi. "Əmir Teymur", "Teymurləng", "Sultan Teymur", "Topal Teymur" adı ilə tarixdə qalan sərkərdə 34 yaşında Əmir titulu alır .

Fikrim Əmir Teymurun həyatını öyə-öyə danışmaq deyil, zatən bunu dünyada bilməyən yoxdur.
Hətta onun ləyaqətli həyatı, məğrurluğu, cəsarət və qorxmazlığı o qədər geniş arenda təbliğ olunub ki, ermənilər Əmir Teymuru “erməniləşdirmək” fikrinə də düşüblər.
Bu haqda tarixçi alim Zaur Əliyevin geniş bir araşdırması da var. Zaur müəllim bildirir ki, Gaqik Artsruni adlı erməni müəllif rus tarixçi Sergey Qlinkaya istinadən Teymurilər dövlətinin banisi, türk və dünya tarixinin ən qüdrətli hökmdarlarından Əmir Teymurun erməni olduğunu iddia edib.

Zaur müəllim bildirib ki, Əmir Teymurun türk olmasını elə onun yanında olmuş səlnaməçilər təsdiq edir:
“Onlar yazırlar ki, Əmir Teymur 1381-ci ildə Tus şəhərini fəth etdiyi zaman “Şahnamə”nin müəllifi, iranlı şair Firdovsinin məzarının yerini soruşur. Məzarın olduğu yeri Əmir Teymura işarə verirlər. Əmir Teymur Firdovsinin dağılmış məzarı qarşısında deyir:

– “Ey Firdovsi, qalx! Qalx da, hər sətrində pislədiyin məğlub TÜRKÜ indi gör!
Qalx, şərəfsiz fars!
Qalx da, söydüyün, kiçik hesab etdiyin TÜRKÜ gör!
Qalx, qalx da, bax, İsfahanmı gözəl, yoxsa Səmərqəndmi?!
Bağdaddan bu yatdığın yerə qədər fars buraxmadım!
Topal ayağımın basdığı yerdə ot bitməz oldu…”
Yəni bir çox faktlar ermənilərin Teymurla bağlı apardıqları “erməniləşdirmək” siyasətini darmadağın etdi. Dosentin :”Əmir Teymur barədə ermənilərin dedikləri onların xəstəliklərinin yenidən şiddətlənməsi ilə bağlıdır” -“peçat” cümləsi məsələyə möhürünü vurdu.

 

Digər alimlərimizin gün üzünə çıxartdığı bir fakt Əmir Teymurun ermənilərə münasibətini tam sərgiləyir. Deməli,  Əmir Teymur Sivasa hücum eməzdən əvvəl qala komandanlığı ilə danışır və onları sülhə dəvət edir. Lakin rədd cavabı aldıqdan sonra hücuma keçir. Qala bir müddət müqavimət göstərsə də, ərzaq qıtlığı və köməyin gəlməməsi səbəbindən Teymura sülh təklif edir.

Teymur qala əhalisinin müsəlman olduğunu əsas gətirərək, bu təklifi qəbul edir. Görüş vaxtı qaladan 4 minə yaxın erməni oxçu Teymurun ordusunu vurmağa başlayır. Teymur bundan sonra həmin 4 min ermənini istəyir və qan axtırmayacağı vədini verir. Qala komandanı bunu qəbul etmək məcburiyyətində qalır və erməniləri hökmdara təslim edir.
Əmir Teymur erməni sipahilər üçün xəndəklər qazdırır, əllərini bağlayaraq onları diri-diri torpağa basdırır. Qala komandanlığı bu qərarının sülhü pozduğunu bildirdi. On əsgərini öldürdüyü üçün 4 min ermənini diri-diri basdıran Teymurun cavabı isə belə olur: “Baxın, heç qan tökmədim”.
Bir çox səfərlərdə ermənilərin xəyanətləri ilə üzləşən Əmir Teymur bu səfərlərindən birində məşhur fikrini səsləndirmişdi: “Erməniləri bir millət kimi yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənət yağdıracaqlar”.


Yeri gəlmişkən, 600 il əvvəl Azərbaycanı “Turan üzüyünün qaşı” adlandıran Əmir Teymurun bu gün 689 yaşı tamam olur.
 Tarixin ən çox müzakirə edilən şəxslərindən biri olan, ərazisi 5 milyon kvadrat kilometrə çatan Teymurilər dövlətinin banisi Əmir Teymur  haqqında o qədər rəvayətlər, əfsanələr gəzir ki, aradan keçən 689 ildə bir gün belə o böyük insan yaddaşlardan silinməyib.
Xatırladım ki, Böyük Teymur 18 fevral 1405-ci ildə, Çinə səfərə gedərkən Otrarda 69 yaşında öldü. Dərhal Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abad yaxınlığındakı mədrəsəsində dəfn edildi.
Ümid edirik, türk dünyasının qüdrətli fatehi heç vaxt ölməyəcək, yaddan çıxmayacaq, yəni əbədi yaşayacaq ! Hazırda onun cismi olmasa ,belə ruhu bütün türk dünyasının başı üzərindədir, yaşayır!

 Əntiqə Rəşid