adalet.az header logo
  • Bakı -°C
07 Oktyabr 2026 12:13
73
İQTİSADİYYAT
A- A+

“Azərbaycan iqtisadiyyatına yönəldilən xarici sərmayənin həcmi 17 faiz artıb”

“Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının Qurultayında çıxışı zamanı Azərbaycanda keçirilən iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirib. Dövlət başçısı həm neft-qaz sektoruna, həm qeyri-neft-qaz sektoruna xarici investisiyaların lazımlığını qeyd edib”.

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yeni dövrün yeni hədəflərində qeyri neft-qaz sektoruna xarici investisiyaların cəlb edilməsi əsas istiqamətlərdən biridir:

“Bu ölkə iqtisadiyyatına yeni texnologiya və innovasiyanın transferi baxımdan da vacibdir.Yeni dövrün yeni hədəflərinə uyğun olaraq xarici sərmayələrin həcmində artımlar müşahidə olunmaqdadır. Ötən il Azərbaycan iqtisadiyyatına yönəldilən xarici sərmayənin həcmi 17 faiz artıb. Bu 16.7 milyard manatlıq xarici investisiya deməkdir. 2024-cü ildə bu göstərici 14.3 milyard manat idi. Xarici valyuta ifadəsində Azərbaycan iqtisadiyyatına ötən il 9.8 milyard dollarlıq xarici sərmayə cəlb edilib”.

V.Bayramovun sözlərinə görə, Azərbaycan xarici sərmayələri daha çox Böyük Britaniyadan cəlb edir:

“Bu isə birbaşa BP şirkətinin Azərbaycanın enerji sektorundakı mövqeyi ilə bağlıdır. Bununla yanaşı, Türkiyə, ABŞ, İsveçrə və eləcə də körfəz ölkələrindən də cəlb edilən investisiyanın həcmi artmaqdadır. 2025-ci ildə isə bütövlükdə xarici sərmayə qoyluşları da daxil olmaqla bütün mənbələr üzrə Azərbaycan iqtisadiyyatına 34.2 milyard manat investisiya yönəldilib. Bu o deməkdir ki, ötən il sərmayə qoyluşları 3.3 faiz artıb. İnvestisiya qoyluşlarındakı artım məhz xarici sərmayələr hesabına mümkün olub. Sonuncu Beynəlxalq İnvestisiya Forumunda 10 milyard dollarlıq müqavilələrin imzalanması isə yaxın illərdə Azərbaycana daha çox sərmayənin cəlbinə imkan yaradacaq. Bu innovativ ekosistemin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir”.

Vasif ƏLİHÜSEYN