ABŞ bu müharibəni sonsuzluğa sürükləyir - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1031 | 2024-09-27 11:56

Birləşmiş Ştatların  Ukraynaya köməkliyi davam edir. 

 Prezident seçkilərindən sonra nələr dəyişə bilər?

 Qərb mətbuatı, ABŞ-da keçirilən prezident seçkiləri kampaniyası və Donald Trampın yenidən hakimiyyətə qayıda biləcəyi fonunda müzakirələri genişləndiriblər. Belə olduğu halda Ukrayna və Qəzza bölgəsində baş verən münaqişələrdə hansı dəyişiklərin gözləniləcəyini  proqnozlaşdırırlar.

 Hələ ki, hazırki prezident Co Bayden , BMT Assambleyasının sammitindəki çıxışında, yenidən qərb dövlətlərini Ukraynanı dəstəkləməyə çağırdı və qeyd etdi ki, bundan "yorulmaq" lazım deyil. 

 ABŞ Ukrayna məsələsindən başqa, Yaxın Şərqdən Şərqi Asiyaya qədər baş verən bütün münaqişələrə qoşulub. Bir sözlə, "harda aş (münaqişə),orda başdır".  Artıq NATO üzrə avropalı tərəfdaşlar da intizarla ümidsiz şəkildə olsa da Ağ Evə yeni prezidentin gəlişini gözləyirlər. 

 Hazırda dünyada vəziyyət gərginliyini saxlamaqdadır. Co Baydenin hakimiyyətdən gedən ayaqda Ukraynaya verdikləri uzaqməsafəli silahlardan Rusiyanın dərinliklərinə, yəni dünya praktikasında tez-tez rastlaşdığımız, "hərbi obyektləri vurmaq adıyla" iri şəhərlərinə zərbələr endirməsinə icazə verməsi daha ağır nəticələrə səbəb ola bilər. 

 Nəzərə alaq ki, belə bir halın baş verməsi, Rusiya prezidenti Vladimir Putinin də bəyan etdiyi kimi, Rusiya NATO müharibəsinə gətirib çıxara bilər. Bu isə, artıq üçüncü dünya müharibəsinin başlaması demək olar.

 Digər tərəfdən Qərb ölkələrinin əksəriyyəti və ABŞ-ın özündə də, artıq Ukraynanın bu müharibəni qazana biləcəyinə inanmırlar. Hətta Kiyevin ağır məğlubiyyətə uğrayacağını da deyənlər var. Ukrayna rəhbərliyinin mövqeyi aydındır. Daha doğrusu ABŞ-ın ötürdüyü "paslarla", sonadək itirdikləri ərazilərin qaytarılması uğrunda vuruşmaq. Məqsədsiz və strateji sonluqla nəticələnməyən mövqedən çıxış etmək isə, yalnız ABŞ-ın planlarına uyğun olaraq, klassik "əbədi müharibə"yə aparır. 

 Prezident seçkilərində Donald Trampın qalib gəlməsi də, münaqişələrin həllində hansısa dəyişikliklər ola biləcəyinə ümid vermir. Çünki, demokratların da, dünyada gedən müharibələrin bitirilməsi üçün real planları mövcud deyil. Ən yaxşı halda onların gücü müvəqqəti olaraq atəşin dayandırılmasına çata bilər ki, bu da məsələnin həlli yolu deyil. Çünki, hər iki münaqişədə tərəfləri danışıqlar masasına oturmağa hazır deyillər. Danışıqlara başlanması üçün İrəli sürülən şərtlər qəbul edilə biləcək şərtlər deyi.

 ABŞ və Qərbin isə, müharibələrin sonlandırılması ilə bağlı,  irəli sürə biləcəkləri  sülh təşəbbüsləri mövcud deyil...

 

TƏQVİM / ARXİV