ABŞ müharibəyə qoşulur? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1295 | 2023-10-27 11:59

Pentaqonun rəhbəri Lloyd Ostin bəyan edib ki, ABŞ İran İslam Respublikası İslam İnqilabi Keşikçilərinin Suriyada yerləşən iki obyektinə zərbələr endirib.

"ABŞ prezidenti Co Baydenin əmri ilə, hərbi qüvvələrimiz özünümüdafiə çərçivəsində İran İslam Keşikçiləri Korpusunun və onlarla əlaqəli qruplaşmalarının iki obyektinə avia zərbələr endirib"- deyə Ostin bəyan edib.

Reyter agentliyi, Pentaqondakı mənbələrinə əsasən bildirir ki, amerikan F-16 qırıcı təyyarələri Suriyadakı silah-sursat anbarlarını bombalayıb. 

Ostinin bu zərbələrin Fələstin - İsrsil münaqişəsi ilə əlaqəsi olmadığını, Vaşinqton bu məsələ ilə bağlı siyasətinin dəyişmədiyini təsdiq etməyə çalışsa da, əslində bu hücumların məhz İranın münaqişəyə aktiv dəstəyinin qarşısınln alınması məqsədiylə aparıldığı şübhə döğurmur. 

"ABŞ münaqişə axtarmır və gələcıkdə hərbi münaqişəyə qoşulmaq istəmir. Lakin İranın dəstəklədiyi qruplaşmalar amerikan hərbi bazalarına hücumlarını dayandırmalıdırlar"- deyə Pentaqonun rəhbəri bildirib. 

Ostin əlavə edib ki, "İranın hərbi bazalarımıza hücumlarda əli olmadığını gizlətmək cəhdləri, bizim gıləcəkdə özünümüdafiə tədbirləri keçirməyimizin qarşısını ala bilməz".

17-26 oktyabr tarixləri aralığında, İrakda və Suriyada yerləşən amerikan hərbi bazalarına 16 hücum cəhdi qeydə alınıb. Bununla bağlı ABŞ prezidenti İranın Ali dini lideri Əyatulla Əli Xameneyə xəbərdarlıq etmişdi ki, "Yaxın Şərqdəki hərbi bazalara edilən hücumların cavabı veriləcək və buna hazır olun". 

 

TƏQVİM / ARXİV