Ağcabədi rayonunda ali məktəbə qəbul olan gənclərlə görüş keçirildi - FOTO
Bu gün Ağcabədi rayonunda bayram əhval-ruhiyyəsi var idi. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov və Milli Məclisin deputatı Aqil Abbas bu il respublikanın ali məktəblərinə daxil olmuş məzunlarla görüş keçiriblər.
Məlum oldu ki, bu il 462 nəfər ağcabədili məzun ali məktəblərə daxil olub, onların 22 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlar ölkənin ən birinci universitetlərinə qəbul olublar.
Adalet.az xəbər verir ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi təhsil sahəsinə göstərilən diqqət və qayğıdan danışan icra başçısı Rafil Hüseynov bütün məzunları, onların valideynlərini təbrik edib. Gələcək təhsildə gənclərə uğurlar arzulayan natiq, onların müstəqil ölkəmizin milli-mənəvi dəyərlərinə sadiq, vətənpərvər savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatına böyük töhfə verəcəyini bildirib.
Tədbirdə çıxış edən deputat Aqil Abbas ilk öncə tələbə adını qazanmış gəncləri, valideynləri təbrik etdi və onların üzərində əməyi olan hər bir müəllimə dərin təşəkkürünü bildirib.
Görüşdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, elmlərə əzmlə yiyələnərək respublikamız üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Tədbirin sonunda yüksək bal toplayan tələbələrə rayon icra hakimiyyəti və Ağcabədi Gənclər və İdman İdarəsi tərəfindən hədiyyələr, Fəxri fərmanlar və mükafatlar verildi.
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

