Alimlər radiasiyanın zərərini azaltmağın üsulunu tapıblar
“Lıco B” zülalı (Likohalkon B) radiasiyanın sağlam toxumalara zərərini azalda bilər.
Adalet.az xəbər verir ki, bunu “Future Integrative Medicine (FIM) jurnalında dərc olunan siçanlar və hüceyrələr üzərində aparılan araşdırma göstərib.
Radiasiya terapiyası xərçəng xəstəliyi hüceyrələrini məhv etməkdə effektiv olsa da, radiasiyanın yan təsirləri sağlam toxumalara ziyan vurur və ölüm riskini artırır.
Yeni tədqiqatda alimlər “Lico B” zülalını hüceyrələri radiasiyadan qorumaq məqsədilə sınaqdan keçiriblər. Hüceyrələr rentgen şüası ilə şüalanmadan iki saat əvvəl “Lico B” ilə müalicə olunub. Həmçinin, rentgen və ya qamma şüaları ilə şüalanmadan bir gün əvvəl “Lico B” preparatı siçanlara verilib.
Hər iki eksperimentdə hüceyrələrdə və toxumalarda antioksidantların səviyyəsi əhəmiyyətli dərəcədə artıb, DNT zədələnməsi azalıb və iltihab yüngülləşib. Eyni zamanda, siçanların sağ qalma müddəti artıb.
Daha ətraflı tədqiqatlardan sonra “Lico B” nüvə fəlakətləri, radiasiya terapiyası və kosmik uçuşlar zamanı radiasiyadan qorunma vasitəsi ola bilər.Report
Digər Xəbərlər
24 Dekabr 2025 16:01
Azərbaycanda yeni virus yayılıb? - AÇIQLAMA
23 Dekabr 2025 14:34
Nihatın həyatı sizin əlinizdədir: Anası kömək istəyir!
23 Dekabr 2025 10:21
Gün ərzində nə qədər piyada gəzmək lazımdır?
23 Dekabr 2025 10:15
SN-nin mütəxəssisi yuxu pozğunluğu və oynaq ağrıları arasındakı əlaqədən DANIŞDI
22 Dekabr 2025 10:34
Canavar hücumuna məruz qalan şəxslərin vəziyyəti - AÇIQLANDI
22 Dekabr 2025 09:46
Əhali arasında yayılan xəstəliyin səbəbi nədir? - Rəsmi açıqlama
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13


Bakı -°C

