Almaniya XİN başçısının Azərbaycana qarşı ittihamları qəbuledilməzdir - Hikmət Hacıyev
COP29 uğurla başa çatdı.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə X-da paylaşımında bildirib.
Hikmət Hacıyev qeyd edib ki, mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi yer alıb və qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi iz buraxıb: “Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan ölkələr və Qlobal Cənub Avropa İttifaqından, ümumilikdə isə Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüflər olsun ki, xanım Berbok Almaniyanın qarşıdan gələn seçkilərini çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir. O, həmçinin hesab etməli idi ki, Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda bu çətin danışıqlar Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik.
Dünya şahiddir ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi nəticələrin əldə edilməsi üçün vicdanlı vasitəçi kimi çıxış etmişdir”.
Digər Xəbərlər
17 Yanvar 2026 14:37
Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib - FOTOLAR
17 Yanvar 2026 11:01
“Ermənistan “Tramp yolu”nu reallaşdırmaqla...”
16 Yanvar 2026 17:41
Vilayət Eyvazov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR
16 Yanvar 2026 14:46
"Azərbaycanda siyasi sistem möhkəmlənir" - Komitə sədri
16 Yanvar 2026 11:45
“Bu Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə dəstək verən İran rejiminə...”
16 Yanvar 2026 10:37
“ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası bu şəhərlərdə yerləşir”
15 Yanvar 2026 18:22
Fidan: Zəngəzur dəhlizi Orta Dəhliz baxımından əhəmiyyətlidir
15 Yanvar 2026 13:21


Bakı -°C

