adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Dekabr 2021 11:18
444
SAĞLAMLIQ

Apteklərdə dərmanlar niyə fərqli qiymətə satılır? Bəs, "vahid qiymət" siyasəti necə oldu? - FOTO

Bəşəriyyət yaranan gündən bəşəriyyətlə birgə yaranan, eyni zamanda sonrada  meydana çıxmış  epidemiya və yoluxucu xəstəliklərinbaş alıb getdiyi 21 əsrdə səhiyyə obyektləri xüsusən apteklər insanların nicat yeri olub.

Amma dərmanlardakı qiymət artımından da əlavə insanları sıxan başqa bir səbəb də var. Müxtəlif apteklər bir dərmanı müxtəlif qiymətlə alıcılara təklif edir. 

Adalet.az xəbər verir ki, 2015-ci ilin İyunun 3-də o vaxtkı  baş nazir Artur Rasizadə dərmanlara vahid qiymət qoyulması haqqında sərəncam imzaladı.  Sərəncama əsasən, dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq və dərman qutularının üzərində onların qiyməti göstəriləcək. Məlum oldu ki, bu yeniliyin  tətbiqi zamanı Türkiyənin, Avropa ölkələrinin və bir çox başqa ölkələrin təcrübəsi əsas götürülüb. Bazis qiymətinin üzərinə topdan və pərakəndə satış qiyməti əlavə ediləcək. Dərmanın dəyəri artdıqca satış üçün qiymətə əlavə olunan faiz azalacaq. Məsələn, bazis qiyməti 10 manat olan dərman topdan satışda 13 manat 98 qəpik, apteklərdə isə 16 manat 78 qəpiyə satılmalıdır. 

10 manatlıq dərmanın satış qiyməti bazis qiymətindən 67 faiz artıq olacaq. Ancaq dərmanın maya dəyəri artdıqca üzərinə gələn faiz azalır. Məsələn, bazis qiyməti 50 manat olan dərman 60 faiz artıq məbləğlə satışa çıxarılacaq. Maya dəyəri 100 manat olan dərmanda isə bu göstərici 50 faiz təşkil edəcək.  
Hərçəndi hazırki dərman qiymətləri əksəriyyət xəstələrin cibinə uygun qiymətlər olmasa da,  almaq məcburiyyəti var. Ölməmək, yaşamaq üçün almalısan.


Bəs hazırda apteklərdə bu sərəncama əməl edilirmi, yoxsa yenə də eyni dərmanlar müxtəlif qiymətə satılır?
 İnternet üzərindən kiçik bir araşdırma aparmaq qərarına gəldik.
 Məsələn  , "Aspenzim N20"  (Aspenzim) dərmanı Aptekonlayıne.az  da 13 manat 30 qəpik,   Melhem.azda 15 manat 10 qəpik, Malal.azda   15 manat 10 qəpiyə satılır.


Nefrosept N30  tabletkasınında da satış qiymətlərində  də fərq gördüyünüz kimidir: Melhem.az- 20.80 , Malal.az 18, 80 qəpik...

Əlbəttə, bunlar kiçik araşdırmamızın cüzi bir hissəsidir.


 Hələ iki il əvvəl adıgedən məsələ ilə bağlı  2 il əvvəl Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini  olmuş Musa Quliyev deyib ki, bunun üçün müvafiq dövlət qurumları tərəfindən xüsusi diqqət ayrılmalı və problemə çıxış yolu tapılmalıdır: “Mövcud qanunvericiliyə görə, Azərbaycanda dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənir və bütün apteklərdə dərmanların qiymətinin eyni olması vacib şərtdir. Əgər hansısa aptekdə dərmanların qiyməti bir-birindən fərqlənirsə, bu barədə Tarif Şurasına və yaxud Səhiyyə Nazirliyinin müvafiq qurumlarına müraciət etmək olar”
 

İndi qalır məsələnin həlli: Tarif Şurasına və yaxud Səhiyyə Nazirliyinin müvafiq qurumlarına biz xəstələrmi müraciət edək, yaxud Tarif Şurasına və yaxud Səhiyyə Nazirliyinin müvafiq qurumları özləri yoxlamalar, araşdırmalar aparıb məsələyə aydınlıq gətirsinlər?


 Əntiqə Rəşid