Arda Turan 230 min avro cərimə ödəyəcək
Türkiyə millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Arda Turan yenidən məhkəməyə çağırılıb.
Adalet.az xəbər verir ki, bu barədə "El Periódico" məlumat yayıb.
Arda Turan 2015-2018-ci illərdə Kataloniya klubunda çıxış edərkən Barselona yaxınlığındakı Espluqes de Lobreqat şəhərində villa kirayələyib. Futbolçu getdikdən sonra ev sahibi onu məhkəməyə verib. O, villasına 230 min avro məbləğində zərər dəydiyini bildirib. Məhkəmə zərərçəkmişin xeyrinə qərar verib. Lakin prosessual pozuntulara yol verildiyi üçün işə yenidən baxılıb. Bildirilir ki, Arda Turan evin təmizliyinə də diqqət yetirməyib.
Yarımmüdafiəçi evə ciddi ziyan vurduğuna görə 230 min avro cərimə ödəyəcək. Bundan əlavə, bütün evin kino, CCTV və səs sisteminin təmiri üçün pul tələb olunub.
Qeyd edək ki, Arda hazırda Türkiyənin "Eyüpspor" komandasına baş məşqçilik edir.
Digər Xəbərlər
12 Dekabr 2025 23:28
“Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib” - Nərimanın atası
12 Dekabr 2025 19:41
“Real Madrid”in 9 futbolçusu La Liqada növbəti oyunu buraxacaq
12 Dekabr 2025 14:43
Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçildi
12 Dekabr 2025 14:28
"Real"dan Vinisiusa xəbərdarlıq
11 Dekabr 2025 12:52
ATIB ABIR-HƏYANI, MƏN YAXINA GƏLƏRƏK QUCDUM AĞCAQAYINI ÖZGƏNİN ARVADI TƏK
11 Dekabr 2025 10:40
Avropa Liqası: “Fənərbağça” “Brann”la qarşılaşacaq
10 Dekabr 2025 23:42
"Qarabağ" doğma meydanda "Ayaks"a uduzdu
10 Dekabr 2025 16:35


Bakı -°C

