ARDNF-dən yalan məlumatlarla bağlı XƏBƏRDARLIQ
Son üç ayda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.
Bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.
Qurum bəyan edib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-nin İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.
ARDNF bu paylaşımların tamamilə yanlış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırıb və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyəti yoxdur.
“ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik.
Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunub.
Digər Xəbərlər
02 Iyul 2026 10:30
“Yeni mərhələdə Azərbaycan öz yaşıl enerjisini də Avropa bazarına çıxaracaq”
01 Iyul 2026 10:43
“Azeri Light” bu gün neçəyə satılır?
01 Iyul 2026 10:23
Sahibkarlara yeni dəstək: Depozit hesabına sosial köçürmələr mümkün olacaq
30 Iyun 2026 12:02
Nazir ötən il investisiya xərclərinin az icra olunmasına aydınlıq gətirdi
30 Iyun 2026 11:44
"Ötən il 1,8 milyard manat keçmiş illərin debitor borcları bağlanılıb" - Sahil Babayev
30 Iyun 2026 11:41
Dövlət büdcəsi xərclərinin 98 faizi xəzinə müşayiətinə cəlb edilib
30 Iyun 2026 11:37
"Büdcənin neft gəlirlərindən asılılığının azaldılması əsas prioritetlərindəndir"
30 Iyun 2026 11:35


Bakı -°C

