Arzu Əliyeva "Qarabağ"la bağlı filmin təqdimatına qatıldı
"Qarabağ" futbol Klubundan bəhs edən "Qarabağ FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi baş tutub.
Adalet.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən təqdimat gecəsində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, ölkənin idman camiəsi, eləcə də mədəni-ictimai xadimləri iştirak edib.
Film “Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalıdır.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.
2023-cü ildə lentə alınan film Azərbaycan futbolunun şöhrətini dünyaya tanıdan “Qarabağ” futbol klubuna həsr olunub.
Digər Xəbərlər
13 Sentyabr 2026 16:37
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT - Aysel KƏRİM yazır
12 Sentyabr 2026 10:16
“Heyif ki, mən öz fikrimi deyə bilmədim, buna imkan verilmədi” - VİDEO
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40


Bakı -°C

