16 Iyun 2024 22:00
699
İDMAN

AVRO-2024: Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib - YENİLƏNİB

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında qalib müəyyənləşməyib.

Adalet.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Danimarka millisindən 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib. Sloveniya komandasının bərabərlik qolunu 77-ci dəqiqədə Erik Yanja rəqib qapısından keçirib.

 

***21:40

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında hesab bərabərləşib.

Adalet.az xəbər verir ki, Erik Yanja 77-ci dəqiqədə bərabərliyi təmin edib.

Danimarka millisindən isə 17-ci dəqiqədə Kristian Eriksen fərqlənib.

Görüş davam edir.

 

***21:05

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, fasilədən sonra Danimarka millisi 1:0 hesabı ilə öndədir.

Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.

 

***20:50

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında ilk hissə başa çatıb.

Adalet.az xəbər verir ki, Danimarka millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Yeganə qolu 17-ci dəqiqədə Kristian Eriksen vurub.

 

***20:30

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində keçirilən Sloveniya - Danimarka matçında hesab açılıb.

Adalet.az xəbər verir ki, 17-cı dəqiqədə Kristian Eriksen Danimarka millisini hesabda önə çıxarıb.

Görüş davam edir.

 

***20:00

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində daha bir görüş keçirilir.

Adalet.az xəbər verir ki, C qrupunun ilk matçında Sloveniya və Danimarka milliləri üz-üzə gəlir.

Ştutqart şəhərindəki "MHP Arena" stadionunda keçirilən görüşü isveçrəli hakim Sandro Şerer idarə edir.