“Avtoş Dönər”dəki ətdə bakteriya aşkarlandı, fəaliyyəti məhdudlaşdırıldı - FOTOLAR
Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bəhlul Sərvər oğlu Məmmədova məxsus “Avtoş Dönər” iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu aşkarlanıb. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib.
Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.
Digər Xəbərlər
23 Iyun 2026 10:04
Elektron səhiyyədə inqilab: Tibbi məlumatlar vahid mühitdə toplanacaq
21 Iyun 2026 15:51
Hər gün istifadə etdiyimiz bu qida - İnsult riskini artırır
21 Iyun 2026 13:16
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
19 Iyun 2026 16:06


Bakı -°C

